Icma.az
close
up
RU
Varisin romanı nüfuzlu Moskva Ədəbiyyat Mükafatı biennalesinin finalçısı elan edilib

Varisin romanı nüfuzlu Moskva Ədəbiyyat Mükafatı biennalesinin finalçısı elan edilib

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yazıçı Varisin 2024-cü ilin dekabrında Moskvada “İSP” nəşriyyatında 5000 tirajla “Müasirlər və klassiklər” adlanan nüfuzlu vintaj seriyadan nəşr edilmiş, qısa müddətdə təkrar çapa getmiş “Gecə reysinə bilet” romanı Roman nominasiyasında 2024-2026-cı illər Moskva Ədəbiyyat Mükafatı-biennalesinin finalçısı elan edilib. Rusiya Yazıçılar Birliyinin, “Rossiyskiy kolokol” nəşrinin və Beynəlmiləl Yazıçılar Təşkilatının (BYT) təsis etdiyi bu mükafatın təltifetmə mərasimi 6 sentyabr tarixində Moskvanın Mərkəzi Ədiblər Evində baş tutacaqdır.

BYT-nin rəsmi saytından əldə etdiyimiz məlumata görə, 14 nominasiya üzrə təqdim ediləcək mükafatların Roman nominasiyasında digər nominasiyalarda olduğu kimi yerli (Rusiya yazıçısı) və 2 əcnəbi yazıçı təmsil olunur. Əcnəbilər həmyerlimiz və Avstriya yazıçısı Tamara Vinnerdir

Rəyçisi Beynəlxalq Slavyan Maarifçiliyi Kiril-Mefodiy Akademiyasının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Momontov olan, Rusiyanın tanınmış ədəbiyyat xadimlərinin yüksək qiymət verdikləri (Maksim Burdin Nəşriyyat Evinin kreativ direktoru Yelena Burdinanın fikirləri bu cəhətdən səciyyəvidir: “Əsərlə tanış oldum. İncədir. Valehedicidir. Dərindir”) “Gecə reysinə bilet” romanının fəsilləri Moskvada “Rossiyskiy kolokol” və Bakıda “Literaturnıy Azerbaycan” dərgilərində dərc edilib. Bu ilin iyun ayında isə kitab Bakıda, “Yazıçı” nəşriyyatında Azərbaycan dilində işıq üzü görüb, Ədibin Evində - Mir Cəlalın ev-muzeyində kitabın təqdimatı keçirilib.

Qeyd edək ki, “Gecə reysinə bilet” hazırda dünyada ən çox tələb olunan non-fikşn janrında yazılıbdır.

Roman həyatın dibinə düşmüş, Moskva bazarında alverlə məşğul olan Nazim adlı bir gəncə sonradan örnək olan və onun xilasına çevrilən bir ömür yolundan – Azərbaycan SSR-in və SSRİ-nin görkəmli dövlət xadimi Musa Əliyevin həyat və fəaliyyətindən bəhs edir. Bu fəaliyyətdə həm Azərbaycanda neft daşları epopeyasının banisi olmaq, ilk dəfə respublikanın zəngin faydalı qazıntı yataqlarının xəritəsini hazırlamaq, Səməd Vurğun və Mirzə İbrahimov kimi şöhrətli yazarları Stalin repressiyasından xilas etmək, həm İkinci Dünya müharibəsində Moskvanın müdafiəsinin, neft üzrə kadrların yetişməsinin əsas fiqurlarından birinə çevrilməklə faşizm üzərində Qələbəyə misilsiz töhfələr vermək, həm Əlcəzairdə Saxara neft yataqlarını kəşf etməklə Əlcəzair xalqına rifah, sərvət bəxş etmək və daha nələr, daha nələr dayanır.

Həqiqətən, milyonların örnək götürəcəyi bir ömür yoludur Musa Əliyevin ömür yolu. Məhz bu cəhətdən də “Uğur qazanmağın ən düzgün yolu uğur qazanmış məşhurların həyatlarını öyrənməkdir” postulatı ilə çıxmış kitab belə böyük maraq doğurur.

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Sentyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see364

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see359

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see352

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see347

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see341

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see297

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see265

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see265

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see258

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see253

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see234

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see232

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see232

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see226

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see224

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see215

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see213

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see201

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see197

Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!

13 Sentyabr 2026 02:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri