Icma.az
close
up
RU
Varlı övladları xaricdə gizlənə bilməyəcək yeni qanun

Varlı övladları xaricdə gizlənə bilməyəcək yeni qanun

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hərbi ekspert: "Cəmiyyətdə ən çox narazılıq doğuran məsələlərdən biri bəzi imkanlı ailələrin övladlarının xidmətdən yayınması idi"

Müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı qanunvericilikdə ciddi dəyişikliklər qüvvəyə minib. Artıq çağırışdan boyun qaçıranlar üçün məsuliyyət dairəsi genişləndirilib və ölkədən çıxış hüquqlarına məhdudiyyətlər gətirilib.

Dəyişikliklərə əsasən, çağırış zamanı tibbi müayinəyə, hərbi toplanışlara və ya xidmətə üzrlü səbəb olmadan gəlməyən vətəndaşlar qanun qarşısında cavab verəcək. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatına görə, bu addımlar hərbi sistemin səmərəliliyini artırmaq və milli təhlükəsizliyi gücləndirmək üçün atılıb.

Xüsusi vurğulanır ki, çağırış vərəqəsinin çatdırılmasının qarşısını almaq üçün yaşayış yerini gizli dəyişmək və ya qeydiyyatdan yayınmaq da artıq cinayət məsuliyyəti yarada bilər. Çağırış dövründə yaşayış yerini 3 aydan çox müddətə dəyişən vətəndaşlar mütləq qaydada hərbi qeydiyyat məsələlərini tənzimləməlidirlər.

Ali Məhkəmənin yenilənmiş Plenum qərarı bu sahədəki hüquqi boşluqları aradan qaldırır. Qərara əsasən, çağırış müddəti başa çatanadək rəsmi çağırışlara məhəl qoymamaq hərbi xidmətdən yayınma kimi qiymətləndirilir.

Möhlət hüququ olmayan vətəndaşlar hərbi biletlərində və “mygov” platformasındakı kabinetlərində qeyd olunan tarixlərə ciddi diqqət etməlidirlər. Dövlət qurumları vətəndaşları hərbi vəzifələrini vaxtında icra etməyə və qanunvericiliyin tələblərinə uyğun hərəkət etməyə çağırır.

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı qanunvericilikdə edilən son dəyişikliklər uzun illər cəmiyyətdə müzakirə olunan bir problemi də yenidən gündəmə gətirib. İctimai rəyə görə, bəzi imkanlı ailələr övladlarını hərbi xidmətdən uzaq saxlamaq üçün onları adətən xaricdə təhsil və ya yaşayış adı ilə ölkədən kənarda saxlayırdılar.

Yeni qanunvericilik dəyişiklikləri isə bu kimi halların qarşısını almağa yönəlib. Qaydalara əsasən, çağırış dövründə hərbi xidmətlə bağlı tələblərdən yayınan şəxslərin məsuliyyəti daha da sərtləşdirilib və onların ölkədən çıxış hüquqlarına məhdudiyyət tətbiq oluna bilər.

 Rövşən Məhərrəmov 

Hərbi ekspert, Azərbaycan Hərbi Polisinin sabiq rəisi Rövşən Məhərrəmov məsələ ilə bağlı “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı qanunvericiliyin sərtləşdirilməsi bir neçə strateji məqsədə xidmət edir və eyni zamanda bu dəyişikliklər həm institusional, həm də sosial baxımdan əhəmiyyətlidir: “Burada ilk növbədə intizam və idarəetmənin gücləndirilməsi məsələsində qanuna edilən dəyişikliyin əhəmiyyətli olduğunu qeyd etmək lazımdır. Yeni qaydalar ilk növbədə çağırış sistemində uzun illər az sayda olsa da mövcud olan yayınma hallarını aradan qaldırmağa xidmət edəcək. Əvvəllər çağırışdan yayınmaq üçün müxtəlif üsullardan, o cümlədən ünvan dəyişən, xaricdə yaşamaq kimi variantlardan istifadə edən şəxslər sistem üçün ciddi problem yaradırdı. Bundan sonra çağırışa gəlməmək konkret hüquqi məsuliyyət doğuracaq. Çağırış vərəqəsini qəbul etməkdən yayınma isə ayrıca pozuntu kimi qiymətləndiriləcək. Bu, hərbi qeydiyyat və çağırış sistemini daha şəffaf və nəzarət edilə bilən edəcək”.

Ekspert onu da dedi ki, yeni qaydalar bərabərlik prinsipinin təmin olunması baxımından əhəmiyyətlidir: “Cəmiyyətdə ən çox narazılıq doğuran məsələlərdən biri bəzi "imkanlı ailələrin övladlarının xidmətdən yayınması" idi. Yeni dəyişikliklər xaricdə qalmaqla çağırışdan yayınma hallarını məhdudlaşdırır, ölkədən çıxış hüququna məhdudiyyət tətbiq etməklə hamı üçün eyni qaydanı təmin edir. Hərbi çağırışçıların ölkədən çıxışına məhdudiyyətlər qoyulacaq. Bu isə sosial ədaləti gücləndirir və orduda xidmətin hamı üçün borc olması prinsipini real şəkildə tətbiq edir".

Polkovnik qeyd etdi ki, qanuna edilən əlavələrin daha bir əhəmiyyəti səfərbərlik potensialının artırılmasına xidmət etməsidir: “Müasir təhlükəsizlik mühitində, xüsusilə regionda davam edən gərginliklər, müharibələr fonunda operativ səfərbərlik çox vacibdir. Yeni qanunvericilik dövlətin çağırış resursları üzərində nəzarətini artırır, ehtiyat qüvvələrin dəqiq uçotunu təmin edir. Bu, mümkün fövqəladə vəziyyətlərdə ordunun daha sürətli komplektləşdirilməsinə şərait yaradır.

Yeni qaydalar hüquqi boşluqların aradan qaldırılması baxımından da əhəmiyyətlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı ilə “Çağırışdan yayınma” anlayışı daha dəqiq müəyyənləşdirilib. Mübahisəli hallarda vahid hüquqi yanaşma formalaşdırılıb. Bu, hüquq-mühafizə və məhkəmə praktikasında fərqli şərhlərin qarşısını alır".

R.Məhərrəmov dedi ki, yeni qaydalar eyni zamanda hərbi çağırış sahəsində rəqəmsal nəzarətin rolunu da artırır: “Mygov” kimi platformaların inteqrasiyası ilə vətəndaşların çağırış tarixlərinə çıxışı asanlaşır, dövlət orqanlarının nəzarət imkanları genişlənir. Bu, həm də “məlumatım yox idi” kimi bəhanələrin qarşısını alacaq. Milli təhlükəsizlik baxımından da yeni qaydaların əhəmiyyəti var. Bütün bu dəyişikliklərin əsas məqsədi ordunun komplektləşmə səviyyəsini artırmaq, insan resurslarının itkisinin qarşısını almaq, dövlətin müdafiə qabiliyyətini gücləndirməkdir.  Xüsusilə postmünaqişə dövründə və regional risklərin davam etdiyi şəraitdə bu addımlar strateji baxımdan vacib idi. Bundan sonra isə əsas məsələ qanunun tətbiqinin ədalətli və şəffaf aparılmasıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Mart 2026 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri