Varqas KL in 2 ci təsnifat mərhələsində Neftçi yə kömək edəcəkmi? Dəqiqləşdi
Icma.az, Fanat saytına istinadən bildirir.
"Neftçi"nin transfer hüquqlarını Netanya "Makkabi"sindən aldığı Freddi Varqasın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "ağ-qaralar"a kömək edib-etməyəcəyi bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, yay hazırlığının böyük hissəsini buraxan yarımmüdafiəçi bu raundun matçlarını kənardan izləyəcək.
Belə ki, baş məşqçi Yuri Vernidub Venesuella millisinin üzvünün formada olmadığını nəzərə alaraq onun qarşıdakı oyunlar üçün sifariş edilməməsini uyğun sayıb. 27 yaşlı futbolçu Bakı təmsilçisi KL-in 3-cü təsnifat mərhələsinə vəsiqə qazanacağı halda, bu mərhələnin ikinci görüşündə oynaya bilər.
Sözügedən futbolçunun "Neftçi" ilə 2+1 illik müqavilə bağlayacağı gözlənilir.
Paytaxt komandası KL-in 2-ci təsnifat mərhələsində "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Flaqman ilk oyununu iyulun 23-də Bakıda keçirəcək. Cavab qarşılaşması isə iyulun 30-da olacaq.
Varqas Venesuela millisinin heyətində son olaraq bu ilin martında DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Ekvador yığmasına qarşı oynayıb. Ölkəsinin "Deportivo Lara" klubunun yetirməsi olan Freddi daha öncə ABŞ-də də legioner həyatı yaşayıb. Geridə qalan mövsümdə "xalq komandası"nın sıralarında 31 Premyer Liqa matçına çıxan orta xətt oyunçusu 5 qolla yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 900 min avro məbləğində dəyərləndirir.
Nihat
Baxış sayı:191
Bu xəbər 16 İyul 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















