Varşavadan Kiyevə xəbərdarlıq: “Aİ üzvlüyünə gedən yol...”
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Polşa Stepan Bandera məsələsinin Ukraynanın Avropa İttifaqına daxil olmasına təsir göstərə biləcəyini bildirib.
Bakupost.az xəbər verir ki, Varşava Kiyevin birliyin tarixi yaddaşla bağlı tələblərini yerinə yetirməli olduğunu düşünür.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Varşava Ukraynanın Avropa İttifqaına daxil olmasını dəstəkləyib-dəstəkləməmək barədə özü qərar verəcək və səsvermə zamanı heç kim öz mövqeyini tətbiq edə bilməz.
Jurnalistin Ukraynanın Aİ-dəki perspektivləri ilə bağlı sualına cavab olaraq, Kosinyak-Kamış deyib ki, Stepan Bandera milli panteonda mərkəzi fiqur olaraq qalsa da, Kiyev bütün Aİ şərtlərini yerinə yetirməyə borcludur.
Müdafiə naziri bildirib ki, namizəd ölkə Aİ tərəfdaşlarının həssas reaksiyalarına və etirazlarına səbəb olan şəxslər və hadisələr ətrafında yaddaş siyasəti qurmamalıdır. Bundan əlavə, o bildirib ki, Ukrayna hakimiyyəti Polşa ilə tarixi fikir ayrılıqlarından daxili siyasi problemləri həll etmək üçün istifadə edir.
Qeyd edək ki, Ukrayna millətçisi Stepan Bandera II dünya müharibəsi zamanı Volın və şərqi Polşada etnik polyak əhalisinin kütləvi şəkildə məhv edilməsini təşkil edən Ukrayna Millətçiləri Təşkilatının (OUN-B) ideoloji rəhbərlərinindən olmaqda ittiham olunur. Bu qırğın “Volın qırğını” kimi tanınır. Bu etnik təmizləmə on minlərlə polyak mülki şəxsin ölümünə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 30 İyun 2026 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















