Vasif Qafarov: Özəl məktəblərdə çalışan müəllimlər də sertifikasiyadan keçməlidir
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Özəl təhsil müəssisələrində çalışan müəllimlərin də sertifikasiyaya cəlb olunması vacibdir.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə və "Təhsil haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, özəl və dövlət təhsil müəssisələrində müəllimlərin fəaliyyətinə dair vahid yanaşma tətbiq olunmalıdır:
"Təhsilverənlərin sertifikasiyası qanunla tənzimləndiyindən bu tələblər özəl təhsil müəssisələrinə də şamil edilməlidir. Müəllimlər sertifikasiyadan keçdikləri halda onların əməkhaqlarına tətbiq olunan 10 və 35 faiz əlavələrin ödənilməsi həmin özəl təhsil müəssisəsini təsis edən qurumun öhdəliyində olmalıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:442
Bu xəbər 05 Mart 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















