Icma.az
close
up
RU
Vasif Talıbovun boş qalan vəzifəsi... Məclisə sədr Bakıdan göndərilə bilər

Vasif Talıbovun boş qalan vəzifəsi... Məclisə sədr Bakıdan göndərilə bilər

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Naxçıvan MR Ali Məclisinin sədrliyinə namizədlər üçün tələblər azaldılır. Bu, Milli Məclisin iyulun 8-də keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmək üçün Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşamaq tələbi aradan qaldırılacaq.

Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ali təhsilli hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə biləcək.

Qüvvədə olan Konstitusiyaya əsasən, yaşı 30-dan aşağı olmayan, Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə bilər.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Qeyd edək ki, Vasif Talıbovun 2022-ci ildə Naxçıvan Ali Məclisi sədri vəzifəsindən istefa verməsindən sonra quruma sədr seçilməyib. Sonuncu parlament seçkilərindən sonra Ali Məclisin ilk iclasında sədr seçilməsi məsələsi gündəliyə salınıb. Ancaq Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənməyib. Ali Məclis sədrinin müavininin seçilməsi isə çətinlik yaratmayıb. Arzu Abdullayevin namizədliyi dəstəklənib və səsvermə nəticəsində o, Ali Məclis sədrinin müavini seçilib.

Vasif Talıbov bu deputatlara rəhbərlik edir - SİYAHI | Modern.az

Sədrin səlahiyyətlərini isə birinci müavin seçilmiş Bəxtiyar Məmmədov icra edir. Muxtar respublikanın konstitusiyasında sədrin seçilməsi ilə bağlı son 5 ili Naxçıvanda yaşamaq tələbi var ki, Bəxtiyar Məmmədov bu tələbə cavab vermir.

Yada salaq ki, müstəqillik dövründə Ali Məclisə 4 nəfər rəhbərlik edib. Afiyəddin Cəlilov noyabr 1990 - aprel 1991 tarixlərində Naxçıvan MR Ali Məclisinin sədri olub. Heydər Əliyev 3 sentyabr-1991 15 iyun 1993-cü il tarixləri arasında Ali Məclisə sədrlik edib. 1994-cü ilin aprelindən 1995-ci ilin iyulunadək Ali Məclisə Namiq Həsənov rəhbərlik edib. Vasif Talıbov 1995-ci ilin dekabrından 2022-ci ilin dekabrınadək Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyib.

Qanunvericiliyə görə, muxtar respublikaya Ali Məclisin sədri rəhbərlik etməlidir, lakin səlahiyyətli nümayəndəlik institutunun da təsis edilməsindən sonra ortaya çıxan bir sıra suallar hələ də aktuallığını qoruyur. Yəni indi Ali Məclis sədrinin müavini nazir təyinatlarını həyata keçirirsə, səlahiyyətli nümayəndə o halda ümumi koordinasiyaya cavabdehdir.

Qeyd edək ki, V.Talıbovun işdən çıxarılmasından sonra Prezident Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyətini ləğv edib. Naxçıvan Konstitusiyasında ən vacib dəyişiklik Naxçıvan Ali Məclisi sədrinin xüsusi statusu ilə bağlıdır. Dəyişiklik əsasında Ali Məclisin sədrinin “ali vəzifəli şəxs” statusu ləğv edilir./Müsavat.com/


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 İyul 2025 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see242

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see241

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see209

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see191

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see169

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see162

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see156

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see151

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see145

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see142

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see142

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see135

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see132

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see129

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see129

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see122

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see121

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24 Noyabr 2025 21:12see119

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see119

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri