Icma.az
close
up
RU
Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya LƏĞV EDİLDİ

Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya LƏĞV EDİLDİ

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırıb.

Hurriyyet.az xəbər verir ki, 2002-ci ildən fəaliyyət göstərən federasiya bu dövr ərzində Naxçıvanda titullu şahmatçılar, Avropa çempionları və mükafatçıları, dəfələrlə Azərbaycan çempionları, bir çox beynəlxalq şahmat turnirlərinin qalibi olmuş şahmatçılar yetişdirib. Federasiya bu gündən fəaliyyətini dayandırıb və ləğv olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası federasiyanın sədri Seymur Talıbov idi.

Xatırladaq ki, Seymur Talıbov Naxçıvan MR-in Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğludur.

seeBaxış sayı:39
embedMənbə:https://hurriyyet.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri