Vasif Talıbovun yaxın adamına cinayət işi açıldı
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Naxçıvan Taxıl Məhsulları MMC-nin rəhbəri barədə cinayət işi başlanılıb.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, MMC-nin icraçı direktoru Şakir Nazim oğlu Tarverdiyev vəzifə cinayətlərində şübhəli bilinir.
Faktla bağlı Baş Prokurorluqda araşdırma aparılır.
Qeyd edək ki, bu şirkətin vaxtilə Vasif Talıbovun ailəsinə bağlı olduğu bildirilən "Gəmiqaya Holdinq"lə əlaqəsi olduğu iddia olunur.
Belə ki, "MEST-1" və "MEST-3" MMC-lərin qanuni təmsilçisi Şakir Tarverdiyev eyni zamanda "Gəmiqaya Turizm" MMC-nin də qanuni təmsilçisidir.
Xatırladaq ki, "Gəmiqaya Holdinq"in adı bir müddət əvvəl "Arkoz Holdinq" olaraq dəyişdirilib. Hazırda isə ölkədə "Gəmiqaya" və "Arkoz" adları ilə fəaliyyət göstərən çoxsaylı şirkətlər mövcuddur.
Baxış sayı:109
Bu xəbər 11 Mart 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















