Icma.az
close
up
RU
Vasili Berezutski: Sabahın baş məşqçisi olmaqdan qürur duyuram MÜSAHİBƏ

Vasili Berezutski: Sabahın baş məşqçisi olmaqdan qürur duyuram MÜSAHİBƏ

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Sabah"ın baş məşqçisi Vasili Berezutski klubun mətbuat xidmətinə müsahibə verib.

Sportal.az rusiyalı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

- “Sabah”ın baş məşqçisi kimi nə hiss edirsiniz? 

- “Sabah”ın baş məşqçisi olmaqdan qürur duyuram. Bu, mənim üçün əla fürsətdir. Bundan sonra yolumuza birlikdə davam edəcəyik. Ümid edirəm ki, bu yol məhsuldar, maraqlı və çox həyəcanlı olacaq.

- Təklif almamışdan öncə “Sabah” barədə nə bilirdiniz?

- Uzun müddət burada çalışdığı üçün “Sabah”ı Murad Musayevlə tanıyıram. Muradı çox yaxşı tanıyıram, biz bir yerdə oxumuşuq. Onun baş məşqçi təyin olunmasından sonra klubu yaxından izləməyə başladım. Xaricdə çalışan rusiyalı məşqçilərin sayı o qədər çox deyil. Buna görə, Rusiyadan hər hansı məşqçi ölkə xaricinə köçəndə, orada çalışanda, buna xüsusi diqqət yetirirsən. Birinci Murad Musayevlə diqqətimi çəksə də sonradan “Sabah” bir klub kimi mənə maraqlı gəldi. Bu cür gənc insanların çox maraqlı, müasir yanaşması var. Bu kafe və fan-şopun bir yerdə olmasını nümunə göstərə bilərəm.

- Bir məşqçi kimi işdə sizin üçün ən vacib amil nədir?

- Güvənin, həmçinin etibar edə biləcəyiniz insanların olduğunu bilmək. Bundan əlavə, məsələn, Bakıda olmağını hiss edəndə olan bir növ rahatlıq. Bakıda olanda özümü rahat hiss edirəm, bura xoşuma gəlir və ən əsası da budur. Bu müddət ərzində tanış olduğum “Sabah”da çalışan insanlar isə sadəcə heyrətamizdir. Ona görə də məşqçi işində yəqin ki, ən vacib şey budur, qalan hər şey tədricən gələcək. Bunlar bizim bacarıqlarımızdır, futbolçu kimi sahib olduğum təcrübəm hansı ki, kifayət qədər çoxdur, bir məşqçi kimi də sahib olduğum, həyata keçirməyə və paylaşmağa çalışacağım keyfiyyətlərimizdir. Bunun müqabilində futbolçulardan qarşılıq alacağıma ümid edirəm.

- Məşq tərzinizi təsvir edəcək 3 söz?

- Təşəbbüs, intensivlik, keçidlər.

- Bakı haqqında ilk təəssüratlarınız?

- Yaxşı, gəl, bu ilk təəssürat olsun, çünki sonuncu dəfə Bakıda təxminən 12 il əvvəl olmuşam. Bu 12 ildə hər şey inanılmaz dərəcədə dəyişib. Şəhər sadəcə olaraq gözəlləşib. Dünən axşam saatlarında biz Bakını gəzəndə, sahil boyu, sadəcə olaraq, fantastik görünürdü.

- “Sabah”ın azarkeşlərindən gözləntiləriniz nələrdir?

- Dəstək, dəstək və yenə də dəstək. Biz də öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, onlar futbola gəlməkdən həzz alsınlar. Bu ən vacib şeydir. Bəli, aydındır ki, hər zaman qalib gəlmək mümkün deyil, amma onlar futbolu emosiyalarla, yenidən bura gəlmək istəyi ilə tərk etməlidirlər.

- Hansı məşqçilərin sizə daha çox təsiri olub?

- Hər halda, yəqin ki, Slutkskidir. Qonçarenkonu da bura əlavə edərdim. Çünki, mənim məşqçilik karyeram bu iki şəxslə bağlı olub.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://sportal.az
archiveBu xəbər 26 Noyabr 2024 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri