Icma.az
close
up
RU
Vasili Berezutski: Sabahın təklifindən imtina edə bilməzdim

Vasili Berezutski: Sabahın təklifindən imtina edə bilməzdim

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Sabah" Misli Premyer Liqasının 15-ci turunda doğma meydanda "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyun asan alınmadı. Birinci hissədə daha yaxşı çıxış etdik. İkinci yarıda bir az arxaya oturduq. Yəqin ki, ikinci qolu vurmaq lazım idi. İşləməyə davam edəcəyik ki, daha məzmunlu oyunlar görəsiz.

- Kapitan ehtiyatda qalmışdı. Elvin Camalovun ehtiyatda qalmasının səbəbi nə idi? Davamı olaraq da, niyə məhz Pavol Şafrankonu kapitan seçmişdiz?

- Bu, məşqçilərin qərarı idi. Qısa zamanda çox oyunumuz olacaq. Rotasiyalar edəcəyik. Elvin bu gün ikinci hissədə oynadı. Meydana çıxanda da kapitan sarğısını aldı.

- Komandanın potensialı haqda fikir formalaşıb sizdə?

- Fikirlərim müsbətdir. Hücum xəttimizin potensialı yüksəkdir. Bəzi komponentlərdə artırmalıyıq ki, yüksək yerlərdə gedən komandalarla rəqabət aparaq. 

- Maqsud Adıgözəlov Rusiya mətbuatına açıqlamasında demişdi ki, komandanı qısa müddətdə toparlamalı və hədəflərə çatmalıyıq. Sizin qarşınıza əsas olaraq hansı hədəflər qoyulub?

- Avrokuboklara düşmək. Azərbaycana qonaqpərvərliyinə görə təşəkkür edirik.

- Kubok yolu ilə, yoxsa çempionat yolu ilə?

- Bizi istənilən yol razı salır. Amma yəqin ki, ən qısa yol kubokdur.

- Məşqçilərin qərarı Elvin Camalovun ehtiyatda oturması idi, yoxsa kapitan sarğısını Şafrankoya vermək?

- Bizdə ikicni kapitan Amin Seydiyevdir. Digəri isə Namik Ələsgərovdur. Bəzi futbolçularda emosional yüksəliş olur. Pavola ona görə vermişdik. Qısa müddətdə çox oyun olacaq. Dəyişikliklər az olmayacaq.

- Murad Musayevlə "Sabah" haqda danışmısız? Azərbaycan futbolu haqda məlumatınız var idi?

- Xeyr, Muradla danışmamışam. O, mesaj yazaraq uğurlar arzladı. Azərbaycan futbolu haqda bilirəm ki, "Qarabağ" avrkuboklarda oynayır, "Sabah" da oynayıb. Azərbaycan futbolunu Murada görə bilirəm. Onunla brlikdə, PRO kateqoriyasını oxumuşuq. O, mənə çox şey deyib. Dediklərindən nəticəyə gəlirəm ki, həqiqətən reallığa uyğundur. 

- Təklif kimdən gəldi və düşünmək üçün nə qədər vaxt lazım oldu?

- Təklif ani alındı. Təkliflə qərar arasında vaxt az oldu. Mənim üçün "Sabah"ı çalışdırmaq böyük fəxr idi. Ona görə də bundan imtina edə bilməzdim.

- "Qarabağ"ı çıxmaq şərtilə hansı klubla maraqlanmısız?

- Azərbaycan futbolu inkişaf edir. İnfrastuktura çoxlu yatırım edilir. Hamımız birlikdə daha da irəliyə doğru gedəcəyik.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sportal.az
archiveBu xəbər 29 Noyabr 2024 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri