Vaşinqton Bakı ilə İrəvan arasında tezliklə sülh sazişinin əldə edilməsində maraqlıdır Piqott
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
ABŞ Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin əldə edilməsində maraqlı olduğunu bir daha təsdiqləyib.
“Ölkə.az” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Tommi Piqott keçirdiyi brifinqdə deyib.
“ABŞ prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubio dəfələrlə tez bir zamanda razılaşmaya (Bakı ilə İrəvan arasında - red.) ümid etdiyini bildiriblər. Hər ikisi öz çıxışlarında bunu vurğulayıblar. Dövlət katibi hər fürsətdə bu məsələni gündəmə gətirir”, - o bildirib.
Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün imzalanması, eləcə də ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi ilə bağlı sualları cavablandıran Dövlət departamentinin nümayəndəsi Ağ Evdəki görüşün nəticələrinin elan olunmasını gözləməyi tövsiyə edib.(Report)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 07 Avqust 2025 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















