Icma.az
close
up
RU
Vaşinqton Ermənistana daha isti münasibət bəsləyir ŞƏRH EDİLDİ

Vaşinqton Ermənistana daha isti münasibət bəsləyir ŞƏRH EDİLDİ

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

"Dünyanın bir çox nöqtələrində, o cümlədən bizim bölgədə Cənubi Qafqaz regionunda dünyanın ən böyük dövlətləri bir istiqamətdə Amerika Birləşmiş Ştatları və ona bağlı olan Qərbin kollektiv dövlətləri, digər istiqamətdə isə Rusiya arasında çox gərgin, amansız mübarizə gedir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.O bildirib ki, bu mübarizənin fonunda hansı gücün qalib gələcəyi və hansı gücün digər dövlətləri öz istəklərinə tabe edəcəyi məsələsi gündəmdədir: "Bu gün C.Bayden administrasiyasının Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dair etdiyi canfəşanlıq əslində nə Azərbaycanı, nə də Ermənistanı düşündükləri üçün deyil. Bu, mənə görə Qərbin bu sülh müqaviləsinə vasitəçiliyi ilə nail olması uğrunda aparılan mübarizədir. Əgər Qərb öz vasitəçiliyini ortaya qoyub Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini imzalamış olsa, C.Bayden administrasiyası buna nail olmuş olsa, o zaman Rusiyanın bölgədə nüfuzuna çox ciddi zərbə vurmuş olacaq. Bölgəyə qonşu olan və böyük dövlətin İrəvanla Bakı arasında sülh sazişinə nail ola bilməməsi, əvəzində isə Vaşinqtonun bu missiyanı öz üzərinə götürüb həyata keçirməsi ondan xəbər verəcək ki, bu gün Qərb dövlətləri artıq Qafqazda dominantlıq edir, Qafqaza təsir imkanlarını artırır. Bu baxımdan düşünürəm ki, C.Bayden administrasiyasının məlum canfəşanlığı məhz buna xidmət edir. Amma özünün şəxsi istəyinə bağlı olaraq Nobel mükafatı almaq istəməsinə gəldikdə elə bir cihazım yoxdur ki, istəyini yoxlaya bilim. Hər halda o da mümkün variantlardan biridir. Əgər sülhə nail olunarsa, özünün Nobel mükafatı üçün namizədliyini irəli sürsün. Amma burada əsas məqsəd Rusiyanın deyil, məhz Amerikanın təşəbbüsü ələ almasından gedir. Eyni zamanda Rusiya da buna çalışır. Rusiya da istəyir ki, bu məsələyə özü birbaşa əl qoysun. Bununla Moskvanın vasitəsilə bu missiya baş tutsun.Hal-hazırkı məqamda bu missiya həyata keçirilə bilər? Düşünürəm ki, Amerika Birləşmiş Ştatları, eyni zamanda Rusiya bu iki dövlət arasında sülh müqaviləsinin imzalanma prosesini indiki zamanda həyata keçirə bilməyəcəklər. Çünki Amerika Birləşmiş Ştatlarının bu gün Ermənistanla Azərbaycan arasında baxış bucağına baxanda kifayət qədər fərq görürük. Vaşinqton Ermənistana daha isti münasibət bəsləyir. Azərbaycana isə ögey münasibət bəsləyir. Ən azı COP29 bunu sübut etdi ki, Qərb dövlətləri Azərbaycan dövlətinə qısqanclıqla yanaşırlar. Eyni zamanda Azərbaycan dövlətini hər vəchlə çalışırlar ki, müəyyən qədər qazandığı uğurların qarşında bir əngəl yaratsınlar"."Qərbin Azərbaycana baxış bucağının fonunda düşünürəm ki, Ermənistanla sülh müqaviləsini Qərb dövlətləri bu missiyanı öz üzərinə götürüb və buna müsbət mənada nail ola bilməyəcəklər. Bununla bərabər olaraq Rusiya da hal-hazırda buna nail ola bilməyəcək. Rusiya bu gün Azərbaycanla kifayət qədər isti münasibətlər formalaşdıra bilib. Amma Qərbin hakimiyyətə gətirdiyi Paşinyan Ermənistanla Rusiya arasında çox ciddi uçurum yaradıb. Bu isə o deməkdir ki, Rusiyanın Ermənistanda gəzən ayaqlarına artıq Paşinyan balta vurmaqla məşğuldur. Belə olduğu təqdirdə Paşinyanın da Rusiyanın diktəsi ilə sülh müqaviləsi sazişini imzalamaq üçün Azərbaycanla bir masa arxasında oturacağı inandırıcı deyil. Həm də ona görə ki, Paşinyan bütün atdığı addımları heç də öz iradəsinə söykənərək etmir. O, Qərbdən aldığı təlimatlar əsasında addımlarını atır. Bu da bir daha ondan xəbər verir ki, əgər Rusiya belə təşəbbüslə çıxış etmiş olarsa, Qərb Paşinyana imkan verməyəcək ki, Azərbaycanla sülh müqaviləsini imzalasın. Əgər Rusiyanın xətti ilə bu müqavilə imzalanarsa, o zaman Qərbin tamamilə bölgədə təsir imkanları neytrallaşmış olacaq. Daha dəqiq desək, Qərbin bölgədə maraqlarının üzərindən xətt çəkilmiş olacaq" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri