Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Vaşinqton geri çəkildi: ABŞ Ukrayna Rusiya danışıqları niyə təxirə salındı?

Vaşinqton geri çəkildi: ABŞ Ukrayna Rusiya danışıqları niyə təxirə salındı?

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“Danışıqların təxirə salınması təklifi ABŞ-dan gəlib, amma bu təklif Rusiya üçün də göydəndüşmə olub”.

Bunu Bakupost.az-a açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli əvvəlcə martın 5-nə, daha sonra isə martın 11-nə planlaşdırılan ABŞ–Ukrayna–Rusiya danışıqlarının gələn həftəyə təxirə salınmasının səbəblərini şərh edərkən deyib.

Həmsöhbətimiz bildirib ki, danışıqların təxirə salınmasının bir neçə əsas səbəbi var:

“Əsas səbəblərdən biri ABŞ və İsrailin İrana qarşı başlatdıqları müharibə ilə bağlıdır. Hazırda bütün diplomatik və hərbi diqqət məhz bu istiqamətə yönəlib. Digər tərəfdən, Tramp administrasiyası Ukrayna məsələsində yaxın zamanda ciddi razılığın əldə olunmasının mümkün olmadığını anlayıb və bu mövzunu müvəqqəti olaraq arxa plana keçirib”.

Ekspertin sözlərinə görə, Vaşinqton əvvəlcə İranın ali dini liderinin aradan götürülməsindən sonra ölkənin tezliklə təslim olacağını düşünürdü:

“Lakin proses hələ də davam edir. Bu səbəbdən ABŞ hazırda diqqətini Yaxın Şərqə yönəltməyə məcburdur. Görünən odur ki, Vaşinqton–Kiyev–Moskva arasında planlaşdırılan danışıqlar da məhz ABŞ-ın təşəbbüsü ilə təxirə salınıb”.

Q.Əlibəyli hesab edir ki, Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı da bu qərara müəyyən təsir göstərib:

“Putin üçün danışıqların uzadılması və ya ümumiyyətlə baş tutmaması sərf edir. O, onsuz da bu prosesə böyük həvəslə qoşulmayıb. Bu baxımdan Trampın təklifi Rusiya üçün əslində göydəndüşmə oldu. Müharibə isə davam edir”.

Qeyd edək ki, ABŞ, Ukrayna və Rusiya arasında əvvəlcə martın 5-nə planlaşdırılan, daha sonra martın 11-nə keçirilən danışıqların növbəti raundu gələn həftəyə qədər təxirə salınıb.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff konkret tarix açıqlamasa da bildirib ki, görüş gələn həftə baş tutmalıdır. Bununla belə, təxirə salınmanın səbəbləri barədə rəsmi açıqlama verilməyib.

Rüfət Sultan, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 Mart 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see284

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see277

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see268

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see259

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see259

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see258

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see255

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see250

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see245

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see243

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see230

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see228

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see226

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see221

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see219

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see219

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see216

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see209

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see205

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri