Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Bakıda 28 istiqamətdə sıxlıq var

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Vaşinqton görüşü dünyanın diqqətində: Rusiya Cənubi Qafqazda vasitəçi statusunu itirir

Vaşinqton görüşü dünyanın diqqətində: Rusiya Cənubi Qafqazda vasitəçi statusunu itirir

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın cümə günü Vaşinqtonda planlaşdırılan görüşü ən azı bir mühüm nəticəyə gəlməyə imkan verir: Rusiya Qarabağ münaqişəsində Ermənistan və Azərbaycan arasında yeganə vasitəçi olmaq istəyirdi, lakin Ukraynaya müdaxiləsi Moskvanın regiondakı mövqelərini sarsıtdı.

İndi isə hər iki ölkənin liderləri bu vasitəçi rolda Rusiya əvəzinə ABŞ-ni görmək istəyirlər. Bu cümlələr BBC-nin rus xidmətində dərc olunmuş analitik məqalədə yer alıb.

"Azərbaycan və Ermənistan rəhbərləri Trampın birinci prezidentlik dövründə onunla görüşə bilməmişdilər. Onun ikinci administrasiyasında da Cənubi Qafqaz prioritetə çevrilməmişdi:

Trampın əsas hədəfi Rusiya ilə Ukraynanı barışdırmaq və Qəzza münaqişəsini dayandırmaq idi. Yalnız bu əsas sülh təşəbbüslərinin uğursuzluğa düçar olduğu vaxt Tramp diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə yönəltdi. Burada artıq silahlı toqquşmalar dayanmış, hətta sülh müqaviləsinin mətni razılaşdırılmışdı - sadəcə imza qalırdı. Bununla yanaşı, ABŞ-nin vasitəçiliyi və Rusiya təsirinin aradan çıxarılması ilə bağlı simvolik mesaj verilsə də, görüşün praktik faydaları qeyri-müəyyəndir.

İlham Əliyev hələ də sülh müqaviləsinin imzalanmasından əvvəl Ermənistan konstitusiyasının dəyişdirilməsində israrlıdır. Bəzi KİV-də yer alan məlumatlara görə, tərəflər Azərbaycanla onun eksklavı olan Naxçıvan arasında yolun açılması məsələsində kompromisə gəliblər - "Zəngəzur dəhlizi" anlayışı işlədilməyəcək, yol Ermənistanın suveren nəzarətində qalacaq, lakin onu ABŞ şirkəti idarə edəcək.

Cümə günü Vaşinqtonda yalnız sülhə nail olmaq istəyi barədə birgə bəyanatın imzalanacağı gözlənilir. İlham Əliyev və Paşinyan belə bir niyyətlərini artıq bir neçə dəfə dilə gətiriblər. Lakin bəzi ekspertlər ABŞ-nin bu prosesə aktiv müdaxiləsinin, xüsusən də əvvəlki vasitəçilərin kənarda qaldığı bir mərhələdə ümumi sülh dinamikasına zərər verə biləcəyindən narahatdırlar. Respublikaçılar Vaşinqton görüşünü Trampın diplomatik istedadının nəticəsi kimi təqdim edirlər, lakin əslində bu, Bakının Moskva ilə münasibətlərindəki gərginliklə əlaqəlidir. İyulun əvvəlində iki azərbaycanlının Rusiyada polis tərəfindən öldürülməsi formal müttəfiq sayılan bu iki ölkə arasında son illərin ən böyük diplomatik böhranına səbəb oldu.

Kreml bu "demarşı" gözləmirdi və bu hadisəyə necə cavab verəcəyini hələ də müəyyən edə bilməyib. Bu vəziyyət Rusiya ilə nominal müttəfiq olan Ermənistan üçün isə müsbət xəbər sayıldı. Ermənistan cəmiyyətində Rusiya vasitəçiliyi çox vaxt Azərbaycanın tərəfini saxlamaq kimi qəbul olunurdu. Paralel olaraq, Ermənistan hakimiyyəti iki kilsə yepiskopunu və bir neçə müxalifət liderini çevriliş cəhdində ittiham edərək həbs etdi. Paşinyanın yaxın çevrəsi bu insanların arxasında Moskvanın dayandığını iddia edir. Bu kimi hadisələr - Rusiyada azərbaycanlıların öldürülməsi, Ermənistanda müxalifətin həbsi - illərdir yığılan narazılığın və inamsızlığın üzə çıxmasına səbəb oldu. Cənubi Qafqazın hər iki ölkəsinin elitaları artıq Moskvanın himayəkar yanaşmasından yorulub.

Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxiləsi bu narazılığı daha da dərinləşdirdi və bölgə ölkələrinə son iki əsr ərzindəki ruslaşdırma siyasətini, milli hərəkatların yatırılmasını və Moskvanın Qarabağ münaqişəsindəki dağıdıcı rolunu xatırlatdı. İrəvanda hesab edirlər ki, Moskvadan asılılıq ölkəni fəlakətin astanasına gətirib və indi onların məqsədi suverenliyi bərpa etməkdir. Bakıda isə Rusiyaya aydın mesaj verilir: Azərbaycan artıq Cənubi Qafqazın ən güclü ordusuna sahib regional gücdür və "yaxın xaric" statusuna tabe olmaq niyyətində deyil. Azərbaycan və Ermənistan liderlərinin ilk dəfə heç bir vasitəçi olmadan birbaşa görüşü bu uzaqlaşmanın zirvə nöqtəsi oldu. Əbu-Dabidə keçirilən tarixi görüş hər iki ölkənin nümayəndələrinin uzunmüddətli ikitərəfli danışıqlarının nəticəsi idi. Görüşdə hər iki tərəfin müşavirləri və diplomatları iştirak edib və onlar geniş spektrdə məsələləri sərbəst müzakirə edə biliblər.

Mənbələr bildirir ki, bu cür birbaşa dialoqun əsas dəyəri tərəflərin bir-birinin real mövqelərini şəxsən dinləyə bilməsi idi. Azərbaycan hələ də Ermənistan konstitusiyasının dəyişdirilməsini sülh müqaviləsinin ilkin şərti sayır. Bu isə referendum keçirməyi tələb edir və nəticəsi qeyri-müəyyən olduğundan sülhün imzalanmasını ən azı 2026-cı ilin yayına qədər təxirə sala bilər. Azərbaycanla Naxçıvan arasında dəmir yolu marşrutunun idarə olunması ilə bağlı fikir ayrılığı da hələ həll olunmayıb. Rəsmi Bakı gömrük yoxlaması olmayan bir dəhliz istəyir. Paşinyan isə bu planı Ermənistanın suverenliyinə zidd sayaraq rədd edir. Kompromis variant kimi gömrük nəzarətinin Qərb şirkətinə verilməsi müzakirə olunur - beləliklə, azərbaycanlılar erməni sərhədçilərlə təmasda olmayacaq, amma Ermənistan ərazisindən keçən yüklərə nəzarəti itirməyəcək. Bu rola bir vaxtlar İsveçrə şirkəti namizəd idi və nümayəndələri Bakı və İrəvanda danışıqlar aparmışdı. Lakin BBC-nin məlumatına görə, onların təklifləri heç bir tərəfi qane etməyib və rədd olunub. İyulda bu funksiyanı ABŞ-nin yerinə yetirəcəyi barədə ehtimallar səsləndirilirdi. Lakin Trampın nümayəndələrinin ehtiyatsız açıqlamaları və vaxtsız informasiya sızması nəticəsində Ermənistan tərəfi bu təklifi özləri üçün qəbuledilməz elan etdi.

Vaşinqton görüşü ərəfəsində yayılan yeni məlumatlar göstərir ki, ABŞ hər iki tərəfi qane edən bir formula təklif edə bilib. Lakin bu planın rəsmi şəkildə təsdiqlənməsinə qədər tərəflərin hər hansı səbəblə bu prosesdən imtina riski yüksək olaraq qalır. Regional ekspertlər Filip Qamqelyan və Zaur Şiriyevin sammit ərəfəsində dərc edilmiş məqaləsində yazıldığı kimi, son iki ildə aparılan birbaşa danışıqlar nəticəsində tərəflər əvvəlki 30 ildə aparılan bütün vasitəçilik cəhdlərindən daha çox yaxınlaşma əldə ediblər", - məqalədə qeyd olunub.

Ətraflı Baku TV-nin süjetində:

Vaşinqton görüşü dünyanın diqqətində: Rusiya Cənubi Qafqazda vasitəçi statusunu itirir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Avqust 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see755

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see596

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see311

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see307

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see299

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see298

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see298

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see276

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see261

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see259

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see257

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see252

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see251

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see250

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see247

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see233

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see229

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see223

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see221

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri