Vaşinqton görüşündən sonra Tramp Orbanla danışdı: Niyə buna qarşısan?
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüşdən sonra onların xahişi ilə Macarıstanın baş naziri Viktor Orbana zəng edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Söhbətin mövzusu Orbannın Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxması olub.
Məqaləyə görə, Avropa liderləri Trampdan sağçı populist Orban üzərində təsir göstərməsini istəyiblər ki, o, etiraz mövqeyindən əl çəksin.
Mənbələrin məlumatına əsasən, Tramp bu zəngi Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından dərhal sonra həyata keçirib. Maraqlıdır ki, Orban söhbət zamanı öz ölkəsini Putin və Zelenskinin mümkün görüşü üçün məkan kimi də təklif edib.
Ertəsi gün Orban “Facebook” hesabında paylaşım edərək Avropa liderlərinin tələbini eşitdiyini, lakin geri addım atmaq fikrində olmadığını bildirib.
Tahir Turan
Globalinfo.az
Baxış sayı:131
Bu xəbər 19 Avqust 2025 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















