Icma.az
close
up
RU
Vaşinqton Hindistanın Rusiyadan neft alışını azaltmasını istəyir

Vaşinqton Hindistanın Rusiyadan neft alışını azaltmasını istəyir

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

"ABŞ dövlət katibi Marko Rubio Ermənistandan əvvəl Hindistana dördgünlük səfər edib. Dövlət katibi hinldi rəsmilərlə fikir mübadiləsi aparmaqla yanaşı Yeni Dehlidə təhlükəsizlik üzrə dördtərəfli dialoq formatı olan (QUAD) qrupuna daxil olan Yaponiya, Avstraliya və Hindistanın xarici işlər nazirləri ilə toplantı keçirib". 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, Rubio Hindistana səfərdən əvvəl bu ölkəni Amerikadan neft idxalının həcmini artırmağa, həmçinin bu xammalı Venesueladan da satın almağa inandırmağa çalışacağını söyləmişdi: 

"Marko Rubio bu məqsədlə Venesuelanın Prezidenti Delsi Rodriqes gələn həftə Hindistana səfər etməyi planlaşdırdığını açıqlayıb. Vaşinqtonun məqsədi aydındır, Hindistanın Rusiyadan neft alışını azaltmasını istəyir. Bu məqsədlə Vaşinqton Yeni Dehliyə alternativlər təklif edib. 

Marko Rubio Yeni Dehlidə olarkən ABŞ Prezidenti Donald Tramp Hindistanın ünvanına mesajlar göndərib. ABŞ-ın Müstəqillik Bəyannaməsinin 250 illiyi münasibətilə ABŞ-ın Yeni Dehlidəki səfirliyində keçirilən yüksək səviyyəli qəbula telefonla qatılaraq “Hindistanın mənə və ölkəmizə 100 faiz etibar edə biləcəyini” vurğulayıb. “Əgər köməyə ehtiyac duysalar, hara zəng edəcəklərini bilirlər. Biz yaxşı iş görürük. Biz rekordlar qoyuruq. Bizim rekord iqtisadiyyatımız, rekord fond bazarımız var”, - deyə Ağ Ev sahibi əlavə edib. Hindistanın baş naziri Narendra Modinin böyük fanatı olduğunu bildirən Tramp iki dövlət arasında strateji tərəfdaşlığın gücləndirilməsi zərurətini bildirib. Eyni tədbirdə çıxış edən Marko Rubio Amerikanın qlobal rolunu vurğulayıb. ABŞ-ın Hindistandakı səfiri Serxio Qor ikitərəfli əlaqələrə nəticəyə yönəlmiş yanaşmanı vurğulayaraq, ABŞ-ın Corc Vaşinqton dövründən Prezident Trampa qədər qlobal “mayak” olaraq qaldığını və iki dövlətin lideri arasında sıx münasibətlərin qurulduğunu nümunə göstərib. Bütün bu açıqlamalar Hindistanın ABŞ və onun Sakit Okean bölgəsindəki müttəfiqləri ilə əlaqələri genişləndirməsinin təşviqi ilə əlaqəlidir". 

O bildirib ki, Çin Rusiya ilə strateji tərəfdaşdır: 

"Vaşinqton Hindistanın bu ittifaqa qoşulmasını istəmir. Yeni Dehli xarici və təhlükəsizlik siyasətində balansa üstünlük verir. Hindistan Rusiya və Çinlər birgə Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS-in üzvü olsa da, Yeni Dehli bir sıra məsələlərdə Moskva və Pekindən fərqli yanaşmaya malikdir. Təsadüfi deyil ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar təhlükəsizlik və qlobal məsələlərdə Hindistan-ABŞ əməkdaşlığının artdığını vurğulayıb. 

QUAD toplantısında dörd ölkə arasında əməkdaşlığın genişləndirilməsi mövzuları müzakirə olunub. Üzv ölkələr Çinin artan hərbi gücündən narahatdırlar. Pekin isə QUAD təşkilatının Çinin inkişafını məhdudlaşdırmağa çalışdığı qənaətindədir. Marko Rubio ABŞ-ın dördlükdən dəniz təhlükəsizliyi və vacib minerallar kimi məsələlərdə “konkret tədbirlər” görməsinin zərurətini bildirib. Görüşün əsas nəticələrindən biri minerallarla bağlı çərçivə sənədinin qəbulu olub. Rubionun sözlərinə görə, bu çərçivə dörd ölkənin hər biri üçün etalon rolunu oynayacaq və kritik mineral təchizat zəncirlərini gücləndirmək üçün iqtisadi siyasət alətlərindən istifadəyə və investisiyaların əlaqələndirilməsinə imkan verəcək. Bu sıraya mineralların hasilatı, email və birgə istifadəsi aiddir". 

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 May 2026 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri