Icma.az
close
up
RU
Vaşinqton, Moskva və Pekin “poker oynayırlar” Politoloq

Vaşinqton, Moskva və Pekin “poker oynayırlar” Politoloq

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərinin keçmiş müşaviri Ceyms Rikards Rusiya, Çin və ABŞ-ın aralarında “poker oynadıqlarını” bildirib. Onun fikrincə, bu oyunda üçündən ikisi digərinə qarşı mübarizəni koordinasiya edir. Həmin iki oyunçunun məqsədi üçüncünü oyundankənar vəziyyətə salmaqdır. Keçmiş müşavir bu oyunda fəaliyyətlərini koordinasiya edən iki oyunçunun adını çəkməsə də, söhbətin Rusiya və Çin birliyinidən getdiyi aydındır. Çünki, Rusiya ABŞ-la Çinə qarşı, Çin isə ABŞ-la Rusiyaya qarşı oyun qurmaz. Əlbəttə, Vaşinqton çox istəyərdi ki, Çin ABŞ-la birgə Rusiyaya qarşı mübarizə aparsın".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, deyib ki, ancaq bu Vaşinqtonun hazırki siyasəti baxımından mümkün deyil:

"Ağ Ev sahibi Donald Tramp Çin iqtisadiyyatına qarşı sərt qərarlar qəbul edib, üstəgəl Tayvan məsələsinə görə, iki ölkə arasında münasibətlər gərgindir. Belə vəziyyətdə Vaşinqtonun Pekinlə Moskvaya qarşı səylərini birləşdirməsi mümkün deyil".

MKİ-in keçmiş müşavirinin bir başqa açıqlaması da maraqlıdır. Onun sözlərinə görə, dünya adı çəkilən üçlük arasında bölüşdürülüb: “Digər ölkələr ya bu üçlükdən birinin müttəfiqiləridir, ya da ikinci dərəcəli ölkələrdir”. Bu yanaşma “soyuq müharibə” illərini xatırladır. O zaman da dünya ölkələrinin bir qismi ABŞ və keçmiş SSRİ arasında bölüşdürülmüş, digərləri isə hər ikisindən eyni məsafə saxlayırdılar.

“Dünya yenidən bölüşdürülür” fikri son zamanlar təlqin olunmağa çalışır. Keçmiş müşavirdən əvvəl ABŞ-ın nüfuzlu dərgilərindən biri də “dünya böyük dövlətlər arasında bölüşdürülür” tipli məqalə dərc etmişdi. Bu yanaşma daha çox amerikalı ekspertlər tərəfindən səsləndirilir. Maraqlıdır ki, bu yanaşma Rusiya və Çin ekspertlərinin narazılığına səbəb olmur. Görünür, “dünya bölüşdürülür” yanaşması Moskva və Pekinin də istəyinə cavab verir. Çünki, əgər “dünya bölüşdürülürsə” ABŞ-la yanaşı Rusiya və Çin də müxtəlif bölgə və ölkələrə iddia edə, təsir dairələrini artıra bilərlər. Bu siyasət faktiki ABŞ-ın hazırki Prezidenti Donald Tramp tərəfindən həyata keçirilir. Tramp və onun administrasiya üzvlərinin Ukraynaya “məsləhəti” odur ki, Kiyev Krımı və itirdikləri digər əraziləri unutsunlar. Bu siyasət Rusiyanın işğalına haqq qazandırır". 

Vasif ƏLİHÜSEYN 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 May 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see187

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see163

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see158

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see136

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see134

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see127

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri