Icma.az
close
up
RU
Vaşinqton Pəhləvini İranda hakimiyyətə gətirsə... Ekspert olacaqları ANONS ETDİ

Vaşinqton Pəhləvini İranda hakimiyyətə gətirsə... Ekspert olacaqları ANONS ETDİ

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Əgər Vaşinqton İran şahının varisi Rza Pəhləvini molla rejiminə yeganə alternativ kimi qəbul edirsə və ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə onunla görüşməyə hazırlaşırsa, Güney Azərbaycan fəallarının bundan sonra da gözləmə mövqeyində qalmasının mənfi nəticələri ola bilər”.
Modern.az-ın məlumatına görə, bunu İrandakı hadisələri şərh edən siyasi ekspert Elxan Şahinoğlu bildirib.
“Təsadüfi deyil ki, dünəndən başlayaraq Güney Azərbaycan şəhərlərində hərəkətlənmə başlayıb. Vaşinqtondakı dairələr anlamalıdırlar ki, Güney Azərbaycan molla rejiminin Pəhləvi sülaləsi ilə əvəz olunmasının əleyhinədir. Təbrizdə, Ərdəbildə və Güney Azərbaycanın digər şəhərlərində səslənən “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir!” şüarının məntiqini ABŞ-ın siyasi və ekspert dairələri anlamalıdırlar. Fikrimcə, Vaşinqton müxtəlif dövlətlərdə yaşayan və təşkilatlanan güneylilərin səsini də eşitməlidir!” - E.Şahinoğlu vurğulayıb.

Ekspertin sözlərinə görə, İrandakı rejimin budəfəki etirazları da zor gücünə yatırtması ehtimalı var.
“Ancaq cin şüşədən çıxıb və son etirazlar göstərir ki, İranda geri dönüşü mümkün olmayan proseslər başlayıb. Amerikalı ekspertlərdən biri Rza Pəhləvinin İran əhalisinin 35 faizinin dəstəyinə malik olduğunu söyləyib. Həmin ekspertin bu rəqəmi nəyə əsasən səsləndirdiyi sual doğurur. Çünki, İran əhalisi arasında “Siz Rza Pəhləvini dəstəkləyirsinizmi” sualıyla sorğu keçirmək mümkün deyil. Buna baxmayaraq, İranda Pəhləvi dövrünün həsrətiylə yaşayanların varlığını özüm də müşahidə etmişəm, illər öncə Tehranda olarkən söhbət etdiyim yerli vətəndaşların bir qismi, o cümlədən taksi sürücülərinin Pəhləvi haqqında müsbət fikirlərini dinləmişəm. Halbuki, Pəhləvi rejimi İranda yaşayan xalqlara indiki rejimdən az zülm etməyib. Ancaq reallıqla hesablaşmalıyıq. Qərbdə molla rejiminin alternativi kimi Rza Pəhləvini qəbul edirlər. O, son dərəcə fəaldır. İranda 2023-cü ildə etirazlar olanda da Rza Pəhləvi fəallaşmışdı. O, əvvəlcə Vaşinqtonda forum keçirmiş, bundan bir neçə gün sonra isə Münhen Təhlükəsizlik Konfransına dəvət almışdı. Bütün hallarda İranda yaşayan azərbaycanlılar üçün Rza Pəhləvinin indiki molla rejimindən fərqi yoxdur. Ona görə də azərbaycanlılar Rza Pəhləvinin hakimiyyətə qaytarılmasını istəmirlər. Rza Pəhləvi açıqlamalarında bildirib ki, İranda hakimiyyətə gələrsə, demokratik seçki keçirəcək. Azərbaycanlılar onun bu vədinə inanmırlar. Pəhləvilərin geri dönüşü İranda mərkəzdənqaçma meyllərini gücləndirəcək. Bunun isə vətəndaş müharibəsi ilə müşahidə olunacağı, qonşu İraq və Suriyadakı proseslərin təkrarlanması təhlükəsi yaranacaq”, - E.Şahinoğlu deyib.
A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Yanvar 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri