Icma.az
close
up
RU
Vaşinqton sazişi: Putin buna risk etməyəcək Şərh

Vaşinqton sazişi: Putin buna risk etməyəcək Şərh

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakıyla Azərbaycan və Ermənistan liderləri arasında imzalanacaq müxtəlif sənədlərə Moskva və Tehranın reaksiyası necə olacaq? Kreml Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla imzalayacaqları strateji tərəfdaşlıq sazişlərinin əleyhinə çıxa bilməyəcək.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin Vaşinqtonda imzalanacaq sazişlərə qarşı açıq-aşkar bəyanat yayması ehtimalı azdır:

“Çünki Rusiya Prezidenti Vladimir Putinin özü Ukrayna mövzusuyla bağlı Donald Trampla sıx təmas içindədir və iki liderin yaxınlarda görüş ehtimalı var. Belə vəziyyətdə Rusiyanın ABŞ-ın Cənubi Qafqazda sülh yaratmaq təşəbbüslərinə mane olması Putinin Tramp əleyhinə siyasət yürütməsi anlamına gələr ki, Kreml sahibi buna risk etməyəcək”.

Politoloq bildirib ki, buna baxmayaraq, Kreml nəzarətindəki media və şovinist qruplar vasitəsilə ABŞ-la saziş imzalayan Azərbaycan və Ermənistan əleyhinə təbliğatı gücləndirə bilər:

“Eynilə Tehran da birbaşa Vaşinqtondakı razılaşmaların əleyhinə çıxmayacaq. Əksinə, İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla sıx əlaqələrin tərəfdarıdır. Onun yaxın günlərdə İrəvana da səfəri planlaşdırılır. Tehran bundan başqa Vaşinqtonla dialoq imkanlarını araşdırır. Bu səbəbdən İranın rəsmi qurumları ABŞ-ın Cənubi Qafqazdakı fəallığının əleyhinə çıxmayacaqlar. Buna baxmayaraq, həmişəki kimi İrandakı mühafizəkarlar “sinələrini” qabağa verəcəklər. Bu məqamda mühafizəkarların ilk dəfə Bakı ilə yanaşı İrəvanı da hədəf seçəcəyini proqnozlaşdırmaq olar. Həmin mühafizəkarların Azərbaycanı hədəf almalarına öyrəşmişik. Vaşinqtondakı sənədlərə Ermənistanın Baş naziri Nikol Paşinyan da imza atacaq, onun ABŞ şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsinə razılaşacağı haqqında mülahizələr var. Yəni ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsində Azərbaycanla yanaşı Ermənistan da rol oynayacaq. Bu baxımdan İranın mühafizəkar dairələrinin Paşinyana qarşı da təbliğat kampaniyasına başlaya biləcəyini söyləmək olar.

Vaşinqtondakı razılaşmalara Çinin də reaksiyasi maraqlı olacaq. Çinin Cənubi Qafqaz ölkələrinə yatırımları artmaqdadır. Çin Cənubi Qafqazın hər 3 ölkəsi ilə müxtəlif ortaq layihələr reallaşdırır. Bundan başqa Çinin Azərbaycan üzərindən yük daşımaları artıb. Əgər Nikol Paşinyan ABŞ şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsi təklifinə razılaşarsa, Pekinin buna reaksiyası necə olacaq? Əlbəttə, Çin ona adi olmayan mövzuya qarışmamağa üstünlük verəcək. Ancaq məsələ burasındadır ki, Çin gələcəkdə Zəngəzur dəhlizindən istifadə etməyi planlaşdırırdı. Əgər dəhlizin Ermənistan hissəsinə ABŞ şirkəti nəzarət edərsə, Pekin Vaşinqtonun simasında rəqibinin Çindən çıxan yüklərə nəzarət etməsinə razılaşarmı? Əslində bunun da həll yolu var. Çin Zəngəzur dəhlizindən ehtiyat edərsə, yüklərini indiki kimi Bakı-Tiflis-Qars dəmiryolu ilə və ya tikintisi sürətlə davam edən İrandan keçəcək Araz dəhlizindən istifadə edə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Avqust 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri