Icma.az
close
up
RU
Vaşinqton Tehran danışıqları və müharibə gözləntisi İran vurulacaq?

Vaşinqton Tehran danışıqları və müharibə gözləntisi İran vurulacaq?

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Mərkəz rəhbəri: “ABŞ-İsrail cütlüyü ilə İranın danışıqlarla razılaşacağı inandırıcı deyil”

ABŞ-İran gərginliyi artır və müharibənin olacağı proqnozları güclənir. Belə ki, ABŞ Prezidenti Donald Tramp martın 7-də İranın Ali Rəhbəri Ayətullah Əli Xameneiyə nüvə proqramı ilə bağlı danışıqlar üçün məktub göndərdiyini açıqlayıb. Ayın sonuna doğru İranın xarici işlər naziri Abbas Əraqçi bu məktuba Oman vasitəsilə cavab göndərildiyini bildirib. Martın 30-da Tramp əgər danışıqlardan nəticə əldə olunmasa, İrana qarşı əlavə tariflərin tətbiq ediləcəyini bəyan edib və razılaşmadan tamamilə imtina edəcəyi halda Tehranı misli görünməmiş bombardmanlar həyata keçirməklə hədələyib. Amma tərəflərin danışıqların ilk raundunun keçirilməsi barədə razılığa gəldiyi də məlumatlar arasındadır.

İsrailin Baş naziri Benyamin Netanyahunun bu günlərdə ABŞ-a səfəri, edilən müzakirələr və daha sonra ABŞ-ın İran istiqamətinə hərbi gəmilər göndərməsi müharibə ehtimalını artırıb. Məsələn, iki gün əvvəl “Bild” nəşri yazıb ki, ABŞ nüvə danışıqları fonunda İran yaxınlığındakı hərbi varlığını artırır. Bildirilib ki, ABŞ ordusu Hind okeanında, İrandan təxminən 3800 kilometr aralıda yerləşən Dieqo Qarsiya aviabazasında altı ədəd “B-2 Spirit” strateji bombardmançı təyyarəsi yerləşdirib. Peyk görüntülərində təyyarələrin uçuş-enmə zolağında olduğu görünüb. Digər hərbi texnikalar da aşkarlanıb.

Bu güclənmə İranla gərgin münasibətlər və nüvə proqramı üzrə danışıqların bərpası fonunda baş verir. Prezident Donald Tramp bir daha İranın “heç vaxt nüvə bombasına malik olmamalı” olduğunu təkrar edərək, danışıqların nəticəsiz qalacağı təqdirdə “sərt tədbirlər”lə hədələyib.

Bəzi KİV-lər hesab edir ki, eskalasiya çox tezliklə baş verə bilər və Tramp nüvə obyektlərinə hava hücumlarının həyata keçirilməsinə göstəriş verə bilər.

Pentaqonun da İranla bağlı “hərbi planlarını” genişləndirdiyi və nüvə zərbəsi ssenarilərini istisna etmədiyi bildirilir. Tehran da öz növbəsində Dieqo Qarsiya bazasına hücumlarla hədələyir.

ABŞ-İran qarşıdurması ehtimalı barədə AYNA.AZ-ın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, əsas məsələ danışıqlardır:

- İndi ABŞ-la İran arasında nüvə proqramı ilə bağlı danışıqlar razılaşdırılıb. Amma məncə, bu danışıqlardan hansısa nəticə çıxmayacaq. Amerika Prezidenti Rusiya-Ukrayna faktiki olaraq, uğursuzluğa düçar oldu. Üç aylıq atəşkəs razılaşması istəyirdi, amma alınmadı. İndi isə Tramp mövzunu dəyişib, Rusiya-Ukrayna məsələsindən keçib İranla qarşıdurma məsələsinə. Tramp İran Prezidentinə yox, dini liderinə məktub yazdı. Çünki bilir ki, İranda söz sahibi kimdir. Ali Rəhbər tərəfindən məktuba cavab verilməyəcəyi bildirildi, amma sonradan danışıqlara hazır olduqları barədə Tehrandan bəyanatlar səsləndirildi. Sonra deyildi ki, birbaşa yox, dolayı danışıqlar olacaq və s. Omanda keçiriləcək danışıqlardan hansısa nəticə gözləmək çətindir. Hər halda, proseslərin axarına baxmaq lazımdır. Amma əvvəlki təcrübələr göstərir ki, bu iki ölkənin, daha doğrusu ABŞ-İsrail cütlüyü ilə İranın danışıqlarla razılaşacağı inandırıcı deyil.

- O zaman müharibə ehtimalını yüksək qiymətləndirmək olar?

- Əlbəttə, İrana zərbələr ehtimalı çoxdur. Burada üç variant ola bilər. Ya Amerika İrana özü zərbə endirəcək. Bu ehtimal o qədər də yüksək deyil. Çünki Tramp hələlik danışıqlara üstünlük verir, amma dediyim kimi, danışıqlardan nəticə çıxmayacaq. İkinci variant odur ki, İsrail baxacaq ki, Amerika ləngiyir, özü hərəkətə keçəcək. Nəzərə almaq lazımdır ki, İsrail artıq İrana bir dəfə zərbə endirib, hava sistemlərini neytrallaşdırıb. İsrail ona görə Amerikanı tələsdirmək istəyir ki, gecikilsə, İran nüvə silahı əldə edəcək, yaxud buna daha çox yaxın olacaq. Üçüncü mümkün variant odur ki, ABŞ-la İsrail İrana qarşı birgə hərəkət edəcək. İran bu variantları anlayır və hər üçündən çəkinir. Tehrandan “biz cavabını verəcəyik” bəyanatları səsləndirilsə də, ərazisinə zərbələr endirilməsini istəmir.

- İran tərəfindən rəsmi şəkildə bəyan edilir ki, İran nüvə silahına sahib olmaq istəməyib və bunu dəfələrlə bildirib. Əgər belədirsə, o zaman Amerikanın zərbə endirməsi məntiqlidirmi?

- Amerika və İsrailin İrandan istədiyi təkcə nüvə silahı hazırlamaqla bağlı çalışmaları dayandırmaq deyil. ABŞ-İran cütlüyü İrandan Yaxın Şərqdəki proksi qüvvələrinin ləğvini də istəyir. “Hizbullah”, HƏMAS kimi təşkilatlara yardımın dayandırılması tələb olunur. Bunu isə İran etmək istəməyəcək. Eyni zamanda, o da inandırıcı deyil ki, İran nüvə çalışmalarını dayandırsın. İranda faktiki olaraq, iki hakimiyyətlilik mövcuddur. Bir tərəfdə xalqın seçdiyi prezident var ki, onun səlahiyyətləri məhduddur. Digər tərəfdə 50-60 mollanın seçdiyi Ali Rəhbər var ki, ölkə ilə bağlı qərarları demək olar ki, o verir. Amma bəzən o da kölgədə qalır. Əsas güc SEPAH və onun generallarıdır. SEPAH əslində dövlət içərisində dövlətdir. Əsas qərarı SEPAH verəcək ki, onların da nə proksi qüvvələrə dəstəkdən imtina edəcəyi gözlənilir, nə də nüvə çalışmalarından əl çəkəcəkləri.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://ayna.az
archiveBu xəbər 12 Aprel 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see233

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see225

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see173

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see171

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see160

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see145

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see144

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see137

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see123

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri