Vaşinqton Tramp dövründə Paris iqlim sazişindən yenidən çıxacaq
Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Respublikaçı Donald Trampın dövründə 2015-ci il Paris iqlim sazişindən yenidən çıxa bilər.
Publika.az xəbər verir ki, bu barədə "New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Trampın keçid komandası artıq iqlim və enerji sahələrində bir neçə icra sərəncamı hazırlayıb. Onlar ABŞ-ın Paris iqlim sazişindən çıxmasını və ölkənin qərbində neft hasilatının miqyasını artırmağa imkan verən qorunan təbii ərazilərin azaldılmasını nəzərdə tutur. Bundan əlavə, Ətraf Mühitin Mühafizəsi Agentliyinin qərargahının və onun 7 min əməkdaşının Vaşinqtondan başqa şəhərə köçürülməsi müzakirə edilir.
Xatırladaq ki, Tramp dəfələrlə qlobal istiləşmə anlayışının elmi əsaslılığına şübhə etdiyini bildirib. O, 2017-ci ildə ABŞ-ı Paris iqlim sazişindən çıxarıb. 2021-ci ilin yanvarında Cozef Bayden ABŞ prezidenti olanda Vaşinqtonu Paris razılaşmasına qaytaran fərman imzalayıb.
Baxış sayı:146
Bu xəbər 09 Noyabr 2024 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















