“Vaşinqton və Moskva Ər Riyadda Tehran üçün qırmızı xətlər çəkib”
Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Tehrana səfəri, İranla ABŞ arasında qarşıdurmaya və qarşılıqlı fəaliyyətin gələcəyi, eləcə də bunda Rusiyanın rolu ilə bağlı çoxlu spekulyasiyaya səbəb olub”.
Missiya.Az “Euronews”a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin keçmiş sədri Heşmətullah Lavrovun Tehrana səfərinə toxunarkən məlumat verib.
“Lavrov Tehrana bu mesajla gəlib: Rusiya və ABŞ Ər-Riyadda İran üçün ümumi qırmızı xətlər çəkib”, - deyə siyasətçi vurğulayıb.
O qeyd edib ki, İran nüvə məsələsini müstəqil şəkildə həll etməlidir. Tehran vasitəçilərdən, əsas da Rusiyadan əl çəkib, özü ABŞ ilə danışıqlar aparmalıdır.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 27 Fevral 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















