Icma.az
close
up
RU
Vaşinqtonda ABŞ Ukrayna danışıqları: Kiyev Rusiyaya qarşı cəbhəni genişləndirir

Vaşinqtonda ABŞ Ukrayna danışıqları: Kiyev Rusiyaya qarşı cəbhəni genişləndirir

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İyunun 3-də Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın başçılıq etdiyi nümayəndə heyəti Vaşinqtona səfər edib. 

“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, heyətə iqtisadiyyat naziri Yuliya Sviridenko, Müdafiə Nazirliyi və Prezident Aparatının digər yüksək rütbəli rəsmiləri daxildir.

Səfər çərçivəsində ABŞ administrasiyası ilə geniş gündəmli danışıqlar planlaşdırılıb. Bu danışıqlar həm Ukraynanın döyüş meydanında davamlılığını, həm də Rusiyaya qarşı beynəlxalq təzyiqlərin gücləndirilməsini əhatə edə bilər.

Yermakın “Telegram” kanalında paylaşdığı məlumata görə, görüşlərin əsas mövzuları bunlardır:

-Ukraynaya müdafiə dəstəyinin artırılması;

-Cəbhədəki vəziyyət və əməliyyat perspektivləri;

-Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi;

-Ukraynanın bərpası üçün investisiya fondunun reallaşdırılması.

Xüsusi diqqət çəkən məsələlərdən biri, ABŞ senatoru Lindsi Qrehem tərəfindən təqdim olunan və Rusiyaya qarşı sərt iqtisadi sanksiyaları nəzərdə tutan qanun layihəsidir. Sənədə əsasən, beynəlxalq sanksiyalara baxmayaraq Rusiya neftini alan ölkələrin mallarına 500 faizlik idxal rüsumu tətbiq olunması təklif olunur. Kiyev bu təşəbbüsü “aqressor ölkəyə qarşı mühüm təzyiq aləti” kimi qiymətləndirir və Konqresin dəstəyinə ümid edir.

Danışıqlarda Ukrayna tərəfi həmçinin Rusiyanın təbliğat vasitəsi kimi pravoslav kilsəsindən istifadə cəhdlərini gündəmə gətirməyi planlaşdırır. Bu kontekstdə rus pravoslav kilsəsinin siyasi alətə çevrilməsi və dini mövzularla manipulyasiya hallarına qarşı tədbirlərin müzakirəsi gözlənilir. Ukrayna bu sahədə ABŞ-ın institusional dəstəyinə ümid edir.

Vacib məsələlərdən biri də Rusiyanın işğal etdiyi ərazilərdən deportasiya etdiyi ukraynalı uşaqların geri qaytarılmasıdır. Bu prosesin gücləndirilməsi üçün yeni beynəlxalq mexanizmlərin yaradılması müzakirə olunur. Ukrayna bu məsələni yalnız humanitar deyil, həm də beynəlxalq hüquq baxımından Rusiyaya qarşı vacib arqument kimi təqdim edir.

Digər əsas məsələ Ukraynanın bərpası məqsədilə yaradılan İnvestisiya Fondunun işə salınmasıdır. Bu fond müharibədən sonrakı dövrdə iqtisadiyyatın dirçəldilməsi, infrastrukturun bərpası və xarici sərmayənin cəlbi üçün əsas mexanizm olacaq. Kiyev ABŞ tərəfdaşları ilə fondun operativ şəkildə fəaliyyətə başlamasına böyük önəm verir.

Yermak bildirib ki, Ukrayna nümayəndə heyəti Rusiya ilə İstanbuldakı son danışıqlarla bağlı da Vaşinqtonda hesabat verəcək. Ukrayna tərəfi bu müzakirələrdə Rusiyanın sülh prosesini məqsədli şəkildə uzatdığını və hərbi işğal planını davam etdirdiyini vurğulayacaq. Kiyev bu məsələnin beynəlxalq aləmdə daha aydın tanınmasını və adekvat reaksiya göstərilməsini istəyir.

Səfər çərçivəsində Ukrayna nümayəndə heyətinin ABŞ Konqresində həm demokrat, həm də respublikaçı qanadın təmsilçiləri ilə görüşləri planlaşdırılıb. Maraqlıdır ki, Ukrayna rəsmiləri Prezident Donald Trampın administrasiyasının üzvləri ilə də görüşməyə hazırlaşır. Bu, Kiyevin ABŞ-da siyasi spektrin hər iki qanadı ilə əlaqələri gücləndirmək istəyindən xəbər verir.

Yekun olaraq, Yermakın rəhbərlik etdiyi bu səfər təkcə hərbi dəstək axtarışı deyil, həm də diplomatik hücumun genişləndirilməsi cəhdi kimi dəyərləndirilə bilər. Ukrayna artıq Rusiyaya qarşı yalnız silahla deyil, iqtisadi, informasiya və hüquqi alətlərlə də mübarizə aparır. Vaşinqton səfəri bu strategiyanın mühüm tərkib hissəsidir.

Rasim Əliyev
AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 İyun 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri