Vaşinqtonda ABŞ və Kolumbiya Prezidentlərinin görüşü KEÇİRİLİR
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ağ Evdə ABŞ və Kolumbiya Prezidentləri Donald Tramp və Qustavo Petro arasında mətbuata qapalı formatda danışıqlar keçirilir.
Redaktor.az AFP-yə istinadən xəbər verir ki, görüş yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayıb.
Kolumbiya Prezidentinin avtomobilinin Ağ Evə əsas girişdən daxil olmadığı bildirilib. Belə ki, Qustavo Petro rəsmi qaydada qarşılanmayıb.
Daha əvvəl Kolumbiya lideri amerikalı həmkarı ilə fevralın 3-də görüşəcəyini anons edərək bildirmişdi ki, ölkə rəhbərliyi ictimai sükutu qorumağa və Trampın ritorikasının Kolumbiya əhalisi üçün mənfi nəticələrinə yol verməməyə çalışır.
Yanvarın əvvəlində Venesuela Prezidenti Nikolas Maduronun qaçırılmasından sonra Tramp istisna etməyib ki, ABŞ ordusunun növbəti hədəfi Kolumbiya ola bilər. O, Petronu kokain istehsalını təşviq etməkdə ittiham edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 03 Fevral 2026 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















