Vaşinqtonda Ankarasız görüş və dəhliz qərarı Ərdoğanın reaksiyası...
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
“Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtona səfər edəcəyi və Ağ Ev sahibi Donald Trampla saziş imzalayacağı xəbəri yayıldıqdan sonra Türkiyənin reaksiyasının necə olacağı da maraqlıdır. Türkiyə mediası hələ ki bu mövzuya geniş yer ayırmır. Hiss olunur ki, Ankaranın siyasi dairələri Vaşinqtonda imzalanacaq razılaşmaların Türkiyənin milli və təhlükəsizlik maraqlarına uyğun olub-olmadığını araşdırırlar”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib
“Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı günü səbirsizliklə gözləyir. Çünki bu halda Türkiyə Ermənistanla sərhədi açacaq və onunla diplomatik münasibətləri bərpa edəcək. Bu, Türkiyənin Cənubi Qafqazda daha da möhkəmlənməsinə şərait yaradacaq. Əlbəttə, Türkiyə Azərbaycanın strateji müttəfiqi, Gürcüstanın strateteji tərəfdaşıdır, zəif halqa Ermənistandır ki, onu da ən azı tərəfdaşa çevirməkdə fayda var. Bu, Ermənistanın Rusiyadan asılılığını daha da azaldacaq. Bunun isə Türkiyə ilə yanaşı Azərbaycana da faydası var. Türkiyədəki bəzi dairələrdə bircə Zəngəzur dəhlizinin ABŞ şirkətinə icarəyə verlməsi ilə bağlı müəyyən suallar yarana bilər.
Həmçinin oxuyun:
Bakı “yox” dedi, Ankara geri çəkildi: Əliyev və Paşinyan üçün İstanbulda nə planlanıb?
Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla isti münasibətləri mövcuddur, hər ikisi bir-birinə “dostum” deyə müraciət edirlər. İndiki məqamda Ankara Zəngəzur dəhlizinin “Tramp dəhlizinə” çevrilməsinin əleyhinə olmaz. Ancaq Tramp təxminən 3 il yarımdan sonra Ağ Evi tərk edəcək və bundan sonra Vaşinqtonla Ankara arasındakı münasibətlərin necə formalaşacağını söyləmək çətindir.
Bütün hallarda Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsindənsə, dəhlizin ABŞ şirkətinə icarəyə verilməsi daha məqbuldur. Fikrimcə, Ankarada bu amili nəzərə almamış deyillər”, – o vurğulayıb
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 08 Avqust 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















