Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Vaşinqtonda kimlərin cavabı necə verildi?

Vaşinqtonda kimlərin cavabı necə verildi?

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaxud anti-Azərbaycan mövqe tutanlar barəsində nekroloq əvəzi

Prezident İlham Əliyev Vaşinqtonda ölkəmizin media orqanlarına müsahibəsində maraqlı məqamlara toxundu. Həmin məqamlardan biri də ABŞ-da Azərbaycanla bağlı yanlış təsəvvürlər barədə idi.

Məlumdur ki, sözügedən təsəvvürlərin bir neçə istiqaməti var. Birincisi, Azərbaycanda, guya, demokratiya yoxdur, söz və ifadə azadlığı boğulur və sair. İkinci istiqamət Azərbaycan Ermənistana qarşı qeyri-konstruktiv mövqe tutur, işğalçılıq niyyəti güdür. Üçüncü istiqamət də ikincinin davamı kimi qiymətləndirilə bilər. O anlamda ki, Azərbaycanın Ermənistana qarşı sərt davranışa üstünlük verdiyini qabardan ABŞ-ın bəzi beyin mərkəzləri və media orqanları hər zaman din amili üzərində dayanırdılar. Təxminən belə: müsəlman Azərbaycanı xristian Ermənistanını əzməyə çalışır. Bu sayaq ermənipərəst motivli anti-Azərbaycan ritorikanın zərərləri nədən ibarətdir, bu barədə söz açacağıq.

Hələlik isə bildirək ki, Azərbaycanın Qarabağdan xristian erməniləri didərgin saldığı kimi son dərəcə sərsəm və aşkar təxribata hesablanmış deyimlərlə də üzləşmişik. İndi isə Tramp Bakı ilə İrəvan arasında sülh vasitəçiliyi etdi. Nəinki etdi, eyni zamanda, dinindən və millətindən asılı olmayaraq, bütövlükdə Cənubi Qafqaz xalqlarını bir araya gətirən nəhəng təşəbbüsün reallaşmasına qol çırmadı. Belə bir durumda ABŞ-da Azərbaycana münasibətdə formalaşmış cəfəng ritorika daşıyıcılarının axırı necə olacaq? Əlbəttə, düşünmürük ki, onlar utanacaqlar. Utanmalarını gözləmirik də. Vurğulamaq istədiyimiz məqam başqadır.

Əlqərəz, Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, Azərbaycan Prezident Trampın saxta xəbər daşıyıcıları adlandırdığı bəzi media orqanlarında iblis donunda təqdim olunurdu. Dövlətimizin başçısı həmin media orqanlarının adlarını da çəkdi. Söhbət “Washington Post”, “New York Times”, “Newsweek” və sair kütləvi informasiya vasitələrindən gedir: “...media qurumları mütəmadi olaraq Azərbaycan haqqında şayiələr yayır, bizə hücum edir, təhqiramiz yazılar dərc edir və əslində, Amerika ictimai rəyini çaşdırırdılar. Bunu əsasən bu gün erməni maraqlarına uyğun fəaliyyət göstərən erməni lobbi qruplarının nümayəndələri ediblər. Bu gün baş verənlərə sevinmək əvəzinə, onlar çox məyus olurlar, çünki onların maraqları tamamilə fərqlidir”

Göründüyü kimi, dövlətimizin başçısı müsahibəsində çox vacib məqama toxundu. Məlumdur ki, indiyədək dünyanın müxtəlif ölkələrindəki, o cümlədən ABŞ-dakı erməni lobbi və diaspor təşkilatları anti-Azərbaycan fəaliyyətə üstünlük verib. Yeri gəlmişkən, Prezident Trampın avqustun 8-də ləğv etdiyi “Azadlığı Müdafiə Aktına” 907-ci düzəliş də bilavasitə onların “əməlinin” nəticəsidir. Bu düzəliş həm Birləşmiş Ştatların ölkəmizə qarşı ədalətsiz yanaşmasının, bir növ, rəmzi olmuşdu, həm də özündə regionda əbədi düşmənçilik məntiqini daşımızdı. Bəs bu düşmənçilik Ermənistana nə qazandırdı? Ümumiyyətlə, nə isə qazandırdımı? Ona görə də Prezident İlham Əliyev ABŞ-dakı erməni lobbi və diaspor təşkilatlarını nəzərdə tutaraq vurğuladı: “Onlar işğala görə məsuliyyət daşıyanlardır, çünki onların ideyaları, məsləhətləri, pulları və Ermənistanın müxtəlif hökumətlərinə təsirləri Ermənistanın özü üçün dağıdıcı rol oynayıb. Əgər onlar, belə qruplar olmasaydı, Ermənistan daha çox inkişaf etmiş, möhkəm, müstəqil sistemə malik ölkə olardı. Amma onlar, sadəcə, vaxt itirdilər, torpaqlarımızı işğal edərək vaxt itirdilər və sonda bu işğalı əbədi saxlaya bilmədilər, əslində isə özlərini inkişafdan 30 il geri atdılar”.

Deməli, Azərbaycanla bağlı ABŞ-da yayılan mənfi fikirlər və ölkəmizi gözdən salmaq cəhdləri yekun nəticədə Ermənistanın ziyanına işləyən amilə çevrilib və bunu hazırda daha yaxşı görmək, mövcud istiqamətdə yekun qənaətə gəlmək mümkündür. Halbuki, Azərbaycanla bağlı şayiə və yalanların ölkəmizi tanıyanlar üçün tamamilə qərəzli səsləndiyini dilə gətirən dövlətimizin başçısının bildirdiyi kimi, ölkəmiz etnik və dini müxtəlifliyi ilə məşhur olan nadir məmləkətlərdəndir: “Bütün dini obyektlər dövlət tərəfindən qorunur. Azərbaycanda heç vaxt qarşıdurma, hətta etnik, dini fərqlər zəminində anlaşılmazlıq olmayıb. Əksinə, bu gün Azərbaycan multikulturalizmin mərkəzlərindən biridir. Burada müxtəlif dini və etnik qrupların nümayəndələri bir ailə kimi yaşayırlar. Məncə, bu gün baş verənlər hələ də ya reallığı bilməyən, ya da bilərəkdən yanlış təsəvvürlər yaratmağa çalışanlara tutarlı cavab olacaq”.

Tam əminliklə deyə bilərik ki, istər Prezident İlham Əliyevin Prezident Donald Tramp tərəfindən ABŞ-a dəvət edilməsi, istər dövlətimizin başçısının işgüzar səfəri çərçivəsində Birləşmiş Ştatlarla ölkəmizin münasibətlərinin dərinləşməsinə yönəlmiş sazişlərin imzalanması, istərsə də cənab Trampın Prezident Əliyevə yüksək səviyyəli münasibəti ABŞ-dakı anti-Azərbaycan mahiyyətli ermənipərəst qüvvələrin illərdir uydurduqları tezislərin tamamilə absurd səciyyə daşıdığını bir daha sübuta yetirdi. Onlar bu günlərdə, sanki, soyuq duş almış oldular.

Yazının əvvəlində Azərbaycana qarşı son illərdəki qərəzli münasibətin bir tezisini diqqətə çatdırdıq. Söhbət Azərbaycanın, guya, Ermənistanı işğal etmək istəməsinə dair zaman-zaman dövriyyəyə buraxılmış fikirlərdən gedir. Halbuki, ölkəmiz öz haqqını – Zəngəzur dəhlizini istəyirdi. O dəhliz ki, hazırda TRIPP abreviaturalı Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu adını alıb. Əlbəttə, bu marşrutun ölkəmiz üçün önəmi Naxçıvana maneəsiz yoldur və Ermənistan rəhbərliyi uzun müddət ona əngəl törədirdi. Baş nazir Nikol Paşinyanın “Dünyanın kəsişməsi” və ya “Sülhün kəsişməsi” adlanan təşəbbüsü var idi ki, Zəngəzur dəhlizinə alternativ kimi meydana çıxmış bu layihə Ermənistanı beynəlxalq marşrut xabının mərkəzi fiquruna çevirməyi hədəfləyirdi. Bu yerdə Prezident İlham Əliyevin Baş nazir Paşinyana nələri bildirdiyinin üzərində dayanaq: “Mən Ermənistanın Baş naziri ilə görüşlərin birində demişdim ki, Ermənistanın tranzit ölkə olmaq şansı yaranacaq. Dedim ki, siz tranzit ölkə olmağın mənasını bilmirsiniz. Siz tranzit ölkə deyilsiniz və yalnız Azərbaycan sayəsində tranzit ölkə ola bilərsiniz. Azərbaycansız tranzit ölkə olmaq mümkün deyil və siz tranzit ölkə olmağın üstünlüyünü görəcəksiniz. Biz daha güclü tranzit ölkə olmağa çalışırıq. Biz istəyirik ki, ərazimizdən keçən dəhlizlər daha çox yükdaşıma qabiliyyətinə malik olsun. Bu, pul gətirir, iş yerləri açır və siyasi imkanlar vəd edir. Söhbət Ermənistanın uzun illər özünü məhrum etdiyi imkanlardan gedir. Beləliklə, bu nəqliyyat marşrutu - qısaltması TRIPP kimi səslənən “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” daha bir tarixi nailiyyət olacaq. Amma yenə də, daha əvvəl qeyd etdiyim kimi, vaxt itirməməliyik. Biz bu işlərlə mümkün qədər tez məşğul olmalıyıq. Birləşmiş Ştatlar bu marşrutu idarə edəcək və ümidvaram ki, regiondakı bütün xalqların xeyrinə bu əlaqə xətlərini qurmaq üçün həmin mühüm vəzifələri öz üzərinə götürəcək investorlar tapılacaq”.

Tam aydındır ki, Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin zaman-zaman nümayiş etdirdiyi prinsipiallıq və qətiyyət təkcə Azərbaycana fayda məqsədi güdməyib. Dövlətimizin başçısı bütün beynəlxalq platformalarda, eləcə də daxili auditoriya önündə hər zaman ölkəmizin təşəbbüslərinin, bütövlükdə, regiona mənfəət kazusunu qabardıb. Ermənistan isə həm illər boyu, həm də son beş ildə bu mənfəətdən məhrum duruma düşüb. Ölkənin məhrumiyyətində, belə demək mümkünsə, ABŞ-ın da öz dəst-xətti olub. Söhbət Trampdan əvvəlki Co Bayden administrasiyasının yolverilməz fəaliyyətindən gedir. Yeri gəlmişkən, cənab Tramp Azərbaycan və Ermənistan liderləri ilə mətbuata birgə bəyanatında Birləşmiş Ştatların sabiq administrasiyanın Bakı–İrəvan normallaşmasına yanaşmasını da məsxərə predmetinə çevirdi: “Ayaq üstə yuxulayan Co Bayden də bu məsələ ilə məşğul olmağa çalışıb, ancaq nəticəsi necə olub bəllidir. O, yəqin ki, bu işə 12 dəqiqə vaxt sərf edib”.

Prezident İlham Əliyev isə ölkəmizin media orqanlarına Vaşinqtonda verdiyi müsahibədə bildirdi ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi ətrafında şayiələr və təxribatların əsassızlığını Birləşmiş Ştatların əvvəlki rəhbərliyinə bildirmək cəhdləri səmərəsiz alınırdı: “Bunun yalan məlumat olduğu barədə bütün cavablarımız nəticə vermirdi, çünki bu yanlış təsəvvür Vaşinqton da daxil olmaqla, artıq yaranmışdı. Bu azərbaycanofobiyanın hərəkətverici qüvvəsi Bayden administrasiyası idi və biz bunu dəqiq bilirik. Çünki bir çox hallarda avropalı tərəfdaşlarımızla söhbətlərdə onlar bizə bu məlumatın Baydenin komandasından gəldiyini deyirdilər. Onlar Azərbaycanın guya aqressiv niyyətləri barədə qəsdən şayiələr yayırdılar. Hətta Prezident Trampın administrasiyasının ilk aylarında bəzi dövlət qurumlarında köhnə komandanın hələ də çalışan nümayəndələrindən gələn belə yalanlar olub”.

Bəli, bu günlərdə “Human Rights Watch”, “Freedom House”, USAID, “Azadlıq” radiosu kimi qurumların da Azərbaycan əleyhinə “fəaliyyətinin” cəfəng mahiyyət daşıdığı təsdiqini tapır. Eləcə də Ermənistan rəhbərliyinin onlara inanaraq, əslində, ilüziya qurduğu da həmçinin. Bu günlərdə səsimiz eşidilir. Prezident İlham Əliyevin bildirdikləri fikrimizin sübutudur: “Bu gün baş verənlərin nəticəsində isə Prezident Trampın şahidliyi ilə Ermənistanın Baş nazirinin şəxsən imzaladığı birgə bəyannamədə Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçidlə bağlı mövqeyimizi dəqiq əks etdirən müddəa var. Sənəddə bu, Ermənistanın suverenliynə hörmət prinsipi ilə qeyd olunub. Beləliklə, biz istəyirdik ki, Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz giriş əldə edək. Yeri gəlmişkən, bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imza atdığı öhdəlik idi, lakin beş il ərzində heç bir irəliləyiş olmamışdı. Ərazidə heç bir iş aparılmırdı. Bu illər ərzində biz dəmir yolunu az qala Ermənistan sərhədinə çatdırmışıq. Təxminən bir ildən az vaxt lazımdır, sürətlə işləsək, bəlkə də altı aya onu tamamilə Ermənistan sərhədinə çatdırarıq”.

Maraqlı vəziyyət yaranıb. Dünyanın dörd bir yanından Azərbaycana və Ermənistana ölkələrin sülhə gəldiklərinə dair təbrik mesaj və teleqramları yağmaqdadır. Təbrik edənlər sırasında dövlətimizin başçısının yuxarıdakı iqtibasda diqqətə çatdırdığı reallığı işğalçılıq kimi qiymətləndirənlər də var. Deməli, hazırkı reallıq Prezident İlham Əliyevin də vurğuladığı kimi, Bayden administrasiyasının yetişdirdiyi bütün anti-Azərbaycan rəvayətlərə, onun sərəncamındakı siyasi infrastruktura – mediaya, QHT-lərə, USAID-ə və bəzi korrupsioner siyasətçilərə cavabdır. Elə isə dövlətimizin başçısının aşağıdakı fikirlərini şərhsiz təqdim edərək yazımızı tamamlayaq: “Bugünkü hadisə korrupsiyaya görə dəmir barmaqlıqlar arxasında olan Menendez kimiləri tamamilə sıradan çıxarır. Yaxud Adam Şiff. Mən gələndə öyrəndim ki, Merilend prokuroru Adam Şiffə qarşı ipoteka saxtakarlığına görə cinayət işi açıb. Bilirsiniz, bu adamlar mütəmadi olaraq Azərbaycana hücum edirdilər - Menendez, Şiff, Peloni, Pelosi, Şermann, Marki, Kristofer Smit və başqaları. Bütün bu insanlar Azərbaycana nifrət edirlər – bilmirəm niyə, yəqin ki, Ermənistan lobbisi buna görə onlara pul ödəyirdi. Onlar Azərbaycanın əleyhinə mütəmadi olaraq fəaliyyət göstərən bir qrup ciddi siyasətçi idi. Bu gün Azərbaycan ilə Ermənistan arasında imzalananlar bizim niyyətlərimizi açıq şəkildə nümayiş etdirir – göstərir ki, biz sülh istəyirik, amma biz əlaqələrin qurulmasını da istəyirik. Biz ölkəmizin iki hissəsi arasında təhlükəsiz keçidlə inteqrasiyanı istəyirik ki, bu da daha geniş region, Ermənistanın özü üçün də çoxlu imkanlar vəd edəcək”.

Ə.CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Avqust 2025 02:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri