Vaşinqtonda, səfirliyimizin qarşısındakı aksiya: Nəyə hesablanıb?
Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.
Ötən gün ABŞ-dakı ermənilər növbəti dəfə fəallaşıblar.
Adalet.az xəbər verir ki, Azərbaycan səfirliyinin yerləşdiyi Vaşinqtonda , daha dəqiq səfirliyimizin qarşısında, erməni lobbisin erməni gənclər birliyi, erməni icmasının üzvləri ilə birlikdə etiraz aksiyası keçirib.
Adəti üzrə iftira və yalanları əllərində əsas tutaraq çıxış edən ermənilər guya 37 il əvvəl Sumqayıtda, Bakı, Gəncə və Marağada qırğın törədildiyini önə sürüblər.
Rəsmilərimizin açıqlamasına görə hazırda Bakıda yaşayan 30 minə (qeyri-rəsmi mənbələrin dediyinə görə isə bu say 100 minlərlədir. ) yaxın erməninin varlığını unudan terrorçu zehniyyətli xəstələr aksiyada diğər şər və böhtan xarakterli iddialar da səsləndiriblər.
Etiraz iştirakçıları Azərbaycanın guya Qarabağda etnik təmizləmə apardığını da önə sürüblər. Halbuki , Qarabağı tərk edən ermənilərə qarşı heç bir zor işlədilmədiyini dünya o hadisələr zamanı gördü, müşahidə etdi.
Hazırda ermənilər buna görə Azərbaycanı məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq addımların atılmasını, həmçinin Qarabağda terror etməkdə, insanları separatizmə meylləndirməkdə məsuliyyət daşıyan liderlərin azad edilməsini tələb etmək üçün toplaşıblar.
Olayı , bəzi internet TV-lər öz kanalında nümayiş etdiriblər.
ABŞdakı erməni lobbisinin üzvləri uzun müddətdir ki, çalışır ki, Azərbaycan ABŞ dövləti tərəfindən sanksiyalarla sarsılsın. Co Bayden zamanında bu məqsəd uğrunda çox çarpışdılar. Hətta ABŞdan Azərbaycana yönlənmiş yardımın qarşısı alındı , amma sanksiyalarla bağlı arzuları hələki baş tutmayıb.
Əntiqə Rəşid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 24 Fevral 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















