Icma.az
close
up
RU
Vaşinqtonda sülh axtarışları: müxalifət nədən və niyə narazıdır?

Vaşinqtonda sülh axtarışları: müxalifət nədən və niyə narazıdır?

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ-da Azərbaycanla Ermənistan arasında sülh sənədinin imzalanmasına saatlar qalıb.

Azərbaycanda müxalifət təmsilçilərindən biri öz sosial şəbəkə hesabında tənqidqarışıq şərh verib.

Həmin şərhdə yazılır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyan kimi rəsmi Bakı bu sülh sazişini imzalamalı idi, saziş çox gecikib və sair. Deyir, həmin gündən onlar, yəni müxalifət sülh sazişini tezliklə imzalamağın lazım oduğunu deyirmişlər, ancaq hökumət eşitməyib.

Əvvəla, bu fikirlərin özü tənqidə o qədər də davamlı deyil. Bunu deyən adamlar onillərlə siyasətin içindədir və yaxşı bilirlər ki, sazişi bir yox, iki tərəf imzalayır. Sazişin bütün bəndləri, bütün müddəaları qarşılıqlı razılaşdırılmadan sənəd imzalana bilməz. Azərbaycanın isə haqlı tələbləri uzun müddət qulaqardına vurulurdu. Ermənistan hökuməti özü də daxili və xarici siyasi faktorların təsirləri altında Azərbaycanın tələblərindən yayınırdı. Xarici faktor deyəndə təkcə Rusiya, yaxud İran deyil, elə Qərb də (ABŞ-ın özü, Avropa İttifaqı, eləcə də, ayrıca Fransa) nəzərdə tutulur. Azərbaycan 44 günlük müharibəni aparanda və qalib gələndə ABŞ-da hakimiyyət başında prezident Donald Tramp vardı. Ancaq Ermənistanla sülh prosesi əsasən Demokratların - aşkar erməni yanlısı prezident Cozef Bayden və ondan bu məsələdə heç də geri qalmayan Entoni Blinkenin hakimiyyəti dövrünə düşdü. Bayden administrasiyası da Azərbaycanla Ermənistan arasında sülh sazişinin tez imzalanmasının tərəfdarı idi, ancaq daha çox Ermənistanı qane edən şərtlərlə. Odur ki, sülhü gecikdirən Azərbaycan deyil, Ermənistan və xüsusilə, onun arxasında duran xarici güclər idi. Hə, söhbət Azərbaycan üçün ədalətsiz olan sülh sazişindən getdiyi üçün Azərbaycan hökuməti, təbii ki, buna razı olmayıb. Bu da Azərbaycanın sülhü gecikdirməsi deyil, özü üçün əlverişli geopolitik şərtlər yetişənə qədər ertələmək idi. Buna görə isə ona tənqid yox, təqdir düşür.

İkincisi, sosial media meydanlarının müxalifəti iddia edir ki, İlham Əliyev Zəngəzur dəhlizini "Rusiya FSB-nin nəzarətinə" veribmiş, onlar da (müxalif siyasətçilər) bunu həmişə deyiblər.

Bu fikirdə də xeyli ziddiyyətli məqamlar var. Öncə onu deyək ki, "FSB-nin nəzarəti" deyəndə, 2020-ci və 2021-ci illərdə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatlarda Azərbaycanla Ermənistan arasında gələcəkdə açılacaq nəqliyyat-kommunikasiya xətlərinin təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının təmin etməsi haqqında müddəadan gedir.

Məsələ ondadır ki, Rusiya FTX-nin sərhəd qoşunları onsuz da əvvəldən Zəngəzurda var idi və onu orda saxlamaq, yaxud çıxarmaq Azərbaycandan deyil, Ermənistandan asılı olan məsələdir. Əgər üçtətəfli sənədlərə bu müddəanın salınmasına etiraz etmək, razılaşmamaq mümkün idisə, bunu Ermənistan etməli idi. Ermənistanın ərazisi ilə bağlı qərarları Azərbaycan vermir axı. Müxalifətin tənqidi şərhlərindən isə az qala belə çıxır ki, "FSB" dedikləri təşkilatı Ermənistanın ərazisinə Azərbaycan yerləşdirib. Bu, absurddur. "İlham Əliyevin Zəngəzur dəhlizinin Rusiya FSB-nin nəzarətinə verilməsi tələbinin yersiz və Azərbaycanın milli maraqlarına zidd olduğunu deyirdik" cümləsi isə absurddan da o yana keçir. Bu cümlədən belə çıxır ki, Rusiya sərhəd qoşunlarının Zəngəzurda yerləşdirilməsini Azərbaycan prezidenti tələb edib (!)

Xeyr, belə olmayıb; Rusiya tələb edib, Ermənistan razılıq verib, Azərbaycan isə etiraz etməyib. Çünki burda Azərbaycanın etiraz edib-etməməsi heç nəyi dəyişmir: alan razı, satan razı... Dediyimiz kimi, Qərbi Zəngəzur Ermənistanın ərazisidir. Əgər müxalifətin bu haqda məlumatı yoxdursa, xəritəyə baxsın. Ermənistanın Sünik adlandırdığı o bölgə tarixən Azərbaycana məxsus olsa da, 1920-ci ildə bolşeviklər onu Ermənistana verib. Düşünürəm, müxalifət 105 il bundan əvvəl Zəngəzurun Ermənistana verilməsinə görə də İlham Əliyevi ittiham etməz yəqin ki. Çünki Azərbaycan prezidentinin cəmi 64 yaşı var...

Bir daha o məqama qayıdıram: müxalifət deyir, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyan kimi sülh bağlanmalı idi.

Əlbəttə, siyasi rəqibin - İlham Əliyevin Vaşintona səfərinin siyasi əhəmiyyətini azaltmağa çalışan müxalifətin motivlərini və hisslərini başa düşmək bəlkə də olar. Ancaq bu, bir az əndazəni aşır: müxalifət öz aləmində Trampa mesaj göndərir ki, sülhü gecikdirən İham Əliyev olub. Halbuki siyasətdən az-çox anlayan da bilir ki, Ermənistan baş nazirinin şifahi bəyanatı hələ hər şey demək deyil, ərazi bütövlüyünü tanımaq rəsmi sənədlərdə öz əksini tapmadan sülh müqaviləsi olmur.

Prezident İlham Əliyevin səfərini gözdən salmaq lazım deyil, əslində müxalifət də, hər kəs də müsbət nəticələri təqdir etməlidir. Tənqid etmək üçün başqa mövzular onsuz da var və tapılar.

Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Avqust 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri