Icma.az
close
up
RU
Vaşinqtondakı sazişlərə Moskva və Tehrandan səssiz narahatlıq ŞƏRH

Vaşinqtondakı sazişlərə Moskva və Tehrandan səssiz narahatlıq ŞƏRH

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakıyla Azərbaycan və Ermənistan liderləri arasında imzalanacaq müxtəlif sənədlərə Moskva və Tehranın reaksiyası necə olacaq?

Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini öz sosial şəbəkəsində paylaşan politoloq Elxan Şahinoğlu bildirib ki, Kreml Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla imzalayacaqları strateji tərəfdaşlıq sazişlərinin əleyhinə çıxa bilməyəcək:

"Rusiya Xarici İşlər Nazirliyinin Vaşinqtonda imzalanacaq sazişlərə qarşı açıq-aşkar bəyanat yayması ehtimalı azdır. Çünki, Rusiya Prezidenti Vladimir Putinin özü Ukrayna mövzusuyla bağlı Donald Trampla sıx təmas içindədir və iki liderin yaxınlarda görüş ehtimalı var. Belə vəziyyətdə Rusiyanın ABŞ-ın Cənubi Qafqazda sülh yaratmaq təşəbbüslərinə mane olması Putinin Tramp əleyhinə siyasət yürütməsi anlamına gələr ki, Kreml sahibi buna risk etməyəcək. Buna baxmayaraq, Kreml nəzarətindəki media və şovinist qruplar vasitəsilə ABŞ ilə saziş imzalayan Azərbaycan və Ermənistan əleyhinə təbliğatı gücləndirə bilər. Eyni ilə Tehran da birbaşa Vaşinqtondakı razılaşmaların əleyhinə çıxmayacaq. Əksinə İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla sıx əlaqələrin tərəfdarıdır. Onun yaxın günlərdə İrəvana da səfəri planlaşdırılır. Tehran bundan başqa Vaşinqtonla dialoq imkanlarını araşdırır. Bu səbəbdən İranın rəsmi qurumları ABŞ-nin Cənubi Qafqazdakı fəallığının əleyhinə çıxmayacaqlar. Buna baxmayaraq, həmişəki kimi İrandakı mühafizəkarlar “sinələrini” qabağa verəcəklər. Bu məqamda mühafizəkarların ilk dəfə Bakı ilə yanaşı İrəvanı da hədəf seçəcəyini proqnozlaşdırmaq olar. Həmin mühafizəkarların Azərbaycanı hədəf almalarına öyrəşmişik. Vaşinqtondakı sənədlərə Ermənistanın baş naziri Nikol Paşinyan da imza atacaq, onun ABŞ şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsinə razılaşacağı haqqında mülahizələr var. ABŞ-nin Cənubi Qafqazda möhkəmlənməsində Azərbaycanla yanaşı Ermənistan da rol oynayacaq. Bu baxımdan İranın mühafizəkar dairələrinin Paşinyana qarşı da təbliğat kampaniyasına başlaya biləcəyini söyləmək olar".

O qeyd edib ki, Vaşinqtondakı razılaşmalara Çinin də reaksiyasi maraqlı olacaq:

"Çinin Cənubi Qafqaz ölkələrinə yatırımları artmaqdadır. Çin Cənubi Qafqazın hər 3 ölkəsi ilə müxtəlif ortaq layihələr reallaşdırır. Bundan başqa Çinin Azərbaycan üzərindən yük daşımaları artıb. Əgər Nikol Paşinyan ABŞ şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsi təklifinə razılaşarsa, Pekinin buna reaksiyası necə olacaq? Əlbəttə, Çin ona adi olmayan mövzuya qarışmamağa üstünlük verəcək. Ancaq məsələ burasındadır ki, Çin gələcəkdə Zəngəzur dəhlizindən istifadə etməyi planlaşdırırdı. Əgər dəhlizin Ermənistan hissəsinə ABŞ şirkəti nəzarət edərsə, Pekin Vaşinqtonun simasında rəqibinin Çindən çıxan yüklərə nəzarət etməsinə razılaşarmı? Əslində bunun da həll yolu var. Çin Zəngəzur dəhlizindən ehtiyat edərsə, yüklərini indiki kimi Bakı-Tbilisi-Qars dəmiryolu ilə və ya tikintisi sürətlə davam edən İrandan keçəcək Araz dəhlizindən istifadə edə bilər".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Avqust 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see318

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see180

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see141

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see140

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see134

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see131

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see130

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see127

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see126

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see125

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see125

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see124

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see123

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see121

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see121

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see121

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see119

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see117

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri