Icma.az
close
up
RU
Vaşinqtonun liderliyi olmadan nə Yaxın Şərqdə, nə də qlobal miqyasda davamlı sülhdən danışmaq çətindir

Vaşinqtonun liderliyi olmadan nə Yaxın Şərqdə, nə də qlobal miqyasda davamlı sülhdən danışmaq çətindir

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs və Fələstin-İsrail münaqişəsinə son qoyulması planının həyata keçirilməsi Yaxın Şərqin digər regionlarında sülhün bərqərar olmasına kömək edə biləcək və həmçinin Ukrayna böhranının həllinə təsir göstərə bilər. Bunu Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff “Fox News”a müsahibəsində deyib. Uitkoff əlavə edib ki, Trampın təşəbbüsü həm Fars körfəzi, həm də Avropa ölkələri tərəfindən dəstəklənir.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-ın Yaxın Şərqdə sülh təşəbbüsü ilə çıxış etməsi, Vaşinqtonun qlobal liderliyini bir daha nümayiş etdirir və Tramp administrasiyasının planı yalnız ABŞ kimi güclü dövlət uzunmüddətli münaqişələrin həlli üçün təşəbbüslə çıxış edə bildiyini göstərir.

Tural İsmayılov

“Fars körfəzi və Avropa ölkələrinin bu təşəbbüsü dəstəkləməsi də təsadüfi deyil. Çünki Vaşinqton olmadan bölgədə balans yaratmaq mümkün deyil. Amerikanın gücü həm diplomatik vasitəçilikdə, həm də iqtisadi dəstək imkanlarında özünü göstərir. Fələstin tərəfi üçün humanitar yardım və iqtisadi inkişaf paketləri, İsrail üçün təhlükəsizlik təminatları yalnız ABŞ tərəfindən real şəkildə təmin edilə bilər. Bu da Vaşinqtonun sülh prosesində əvəzolunmaz rolunu sübut edir”-deyən Tural İsmayılov qeyd edib ki, əgər bu plan həyata keçərsə, ABŞ təkcə Yaxın Şərqdə deyil, həm də Avropada və Ukrayna böhranında sülh təşəbbüslərinin mərkəzinə çevriləcək.

Politoloqun fikrincə, Vaşinqtonun liderliyi olmadan nə Yaxın Şərqdə, nə də qlobal miqyasda davamlı sülhdən danışmaq çətindir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Sentyabr 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri