Icma.az
close
up
RU
Vaşinqtonun sərt mesajı: Qəzzada “post HƏMAS” dövrü başlayır?

Vaşinqtonun sərt mesajı: Qəzzada “post HƏMAS” dövrü başlayır?

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın HƏMAS-a yönəlik sərt bəyanatı Yaxın Şərq diplomatiyasını yenidən qızışdırıb.

Prezident açıq şəkildə bildirib ki, HƏMAS hakimiyyəti könüllü şəkildə təhvil verməsə, məhv ediləcək. Eyni zamanda, Tramp Qəzzada beynəlxalq nəzarət mexanizminin yaradılmasını və xarici idarəetmə strukturunun tətbiqini təklif edib.

İsrail bu planı dəstəkləyib, lakin HƏMAS bəzi şərtlərlə razılaşmaq istədiyini açıqlayıb. ABŞ-nin bu təşəbbüsü regionda “post-HƏMAS dövrü”nün başlanğıcı kimi qiymətləndirilir, lakin planın sülhəmi, yoxsa gərginliyəmi gətirib çıxaracağı hələ də sual altındadır.

Mövzunu Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, Trampın planı kağız üzərində sabitlik və təhlükəsizliyi təmin etməyə yönəlib, lakin reallıqda bu, çox mürəkkəb bir prosesdir. Onun fikrincə, Qəzzada hərbi və siyasi hakimiyyətin dəyişməsi regionda dərin ideoloji və sosial sarsıntılar yarada bilər. Politoloq deyib ki, HƏMAS-ın könüllü şəkildə geri çəkilməməsi qarşıdurmanın yenidən alovlanması riskini artırır:

“Beynəlxalq qüvvələrin Qəzzaya yerləşdirilməsi yalnız İsrailin deyil, ərəb ölkələrinin də razılığını tələb edir. Bu səbəbdən planın sülhə yox, daha çox siyasi və diplomatik gərginliyə yol aça biləcəyi ehtimal olunur”.

HƏMAS-ın ABŞ və İsrailin təzyiqlərinə necə reaksiya verə biləcəyinə gəlicə, Z.Qarayeva qeyd edib ki, HƏMAS üçün hakimiyyəti itirmək təşkilatın ideoloji dayaqlarının dağılması deməkdir:

“Buna görə də Trampın təklifinə qarşı sərt və simvolik müqavimət gözlənilir. Təşkilat daxildə həm silahlı müqavimət, həm də siyasi təbliğat vasitələri ilə mövqeyini qorumağa çalışacaq. HƏMAS eyni zamanda ərəb ölkələrinin və İranın dəstəyini artırmağa cəhd göstərəcək”.

Müsahibimiz hesab edir ki, lakin bu müqavimət uzunmüddətli perspektivdə təşkilatı daha da təcrid edə bilər.

Züriyə Qarayeva: Qəzzada real sülh üçün təkcə idarəetmə yox, sosial və humanitar infrastrukturun bərpası da vacibdir

Politoloq bildirib ki, Tramp administrasiyasının sərt ritorikası bəzi ərəb paytaxtlarında narahatlıq doğurub. Misir, Qətər və İordaniya kimi ölkələr sülh təşəbbüslərinə açıq olsa da, hərbi təzyiq yolunun sabitlik gətirməyəcəyini düşünürlər:

“Eyni zamanda, Səudiyyə Ərəbistanı kimi ölkələr ABŞ ilə strateji tərəfdaşlığı qorumağa çalışır, lakin daxili ictimai rəy bu məsələdə daha ehtiyatlı mövqe tutur. Vaşinqtonun addımı ərəb ölkələri arasında həm koordinasiya, həm də ziddiyyət yarada bilər. Bu vəziyyət ABŞ-nin regionda diplomatik nüfuzuna həm risk, həm də yeni imkanlar gətirir”.

“Qəzzada beynəlxalq idarəetmə modelinin tətbiqi realdırmı” sualını cavablandıran Züriyə Qarayeva bildirib ki bu ideya nəzəri baxımdan cazibədar görünür, lakin praktik baxımdan çoxsaylı çətinliklər var. Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi üçün həm BMT mandatı, həm də regional razılıq tələb olunur:

“Əgər bu mexanizm həyata keçirilsə, bölgədə müvəqqəti sabitlik yarana bilər, lakin uzunmüddətli nəticələr HƏMAS-ın və digər fraksiyaların davranışından asılı olacaq. Qəzzada real sülh üçün təkcə idarəetmə yox, sosial və humanitar infrastrukturun bərpası da vacibdir. Əks halda, “beynəlxalq nəzarət” ideyası yeni böhranların başlanğıc nöqtəsinə çevrilə bilər”.

Zülfü Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri