Vaslav Çerninin meneceri futbolçunu Türkiyəyə gətirmək istəyir
Icma.az, Fanat portalına istinadən məlumat verir.
Türkiyə Super Liqasında yay transfer pəncərəsinin hərəkətli olduğu bir vaxtda, çexiyalı futbolçu Vaslav Çerninin adı da gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, Almaniyanın “Volfsburq” klubuna məxsus olan 26 yaşlı hücumçunun meneceri futbolçusunun karyerasını Türkiyədə davam etdirməsi üçün danışıqlara başlayıb.
Bu barədə məlumatı türkiyəli jurnalist Yağız Sabuncuoğlu yayıb.
İddialara görə, menecer bir neçə Super Liqa klubu ilə ilkin təmas qurub. Məlumata əsasən, xüsusilə "Trabzonspor" və "Beşiktaş" oyunçu ilə yaxından maraqlanır.
Qeyd edək ki, hər iki klub menecer vasitəsilə “Wolfsburg”un transfer şərtləri və futbolçunun şəxsi razılıq tələbləri barədə məlumat toplayır.
Kamil Xudiyev
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 27 İyul 2025 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















