Icma.az
close
up
RU
Vasserman və Amelini kimlər ortaya atıb: Əsas məqsəd belədir İlginc faktlar

Vasserman və Amelini kimlər ortaya atıb: Əsas məqsəd belədir İlginc faktlar

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- 2024-cü ildə Azərbaycanla Ermənistan arasında sülh danışıqları müstəvisində xeyli irəliləyiş əldə edildi. Qazaxın 4 kəndi geri qaytarıldı, sülh danışıqları üzrə 15 maddə üzrə razılıq əldə olundu. Sərhədlərin 12 km-lik hissəsində delimitasiya həyata keçirildi. Gözlənilirdi ki, bu il sülh danışıqlarında yekun nəticəyə gəlmək mümkün olacaq. Amma il başlayar-başlamaz erməni tərəfi şərti sərhəddə təxribatlar törətdi. Bu halda sülh üçün hansı risklər yarana bilər?

- Sözsüz ki, təxribatlar arzuolunan deyil. Amma bu geniş hərbi eskalasiyanın baş verməsi ilə nəticələnməyəcək. Ona görə də Azərbaycanla Ermənistan arasında müharibə ehtimalı istisna edilir. Bunun üçün əslində heç bir tərəfin ciddi əsası yoxdur. Azərbaycanın müharibə ilə bağlı hədəfləri mövcud deyil. Ərazilər azad edilib, Qarabağda separatizmə son qoyulub. Ermənistan isə müharibə ilə ciddi itgilərlə üzləşə bilər deyə, ona müharibəyə getmək maraqlı olmayacaq. 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. O vaxta qədər Nikol Paşinyana müsbət nəticələr lazımdır. Bu müsbət nəticə isə Azərbaycanla əldə edilmiş sülh müqaviləsi, sərhədlərin açılması, Türkiyə ilə münasibətlərin tənzimlənməsi, nəhayət müharibə təhlükəsinin olmaması ilə bağlı ola bilər. Bu da Paşinyan partiyası üçün seçkilərdə qələbə qazanması üçün imkanlar yaradacaq. Bundan başqa variant yoxdur. Çünki Azərbaycanla yeni müharibə Ermənistanın məğlubiyyəti və nəhayət Paşinyanın növbəti seçkilərdə uduzması deməkdir. Bu mənada sülh Azərbaycandan daha çox Ermənistana lazımdır.

- ABŞ-ın yeni prezidenti Donald Trampın vəzifəsinin icrasına başlamasından sonra qlobal və regional miqyasda bir çox dəyişikliklərin olacağı proqnozlaşdırılır. Cənubi Qafqazla bağlı hansı gözləntilər var?

- Əslində, Trampın yenidən hakimiyyətə qayıtmasının bu regiona təsiri çox az olacaq. Bu bölgənin qlobal proseslərə təsiri azdır. Yaxın Şərq və Ukraynada baş verənlər fonunda Qafqazdakı proseslər çox da cəlbedici deyil. Sözsüz ki, müəyyən bir xətt izləmək mümkündür. ABŞ-ın xarici siyasətindəki fəallığı ilə proseslərin ölü nöqtədən tərpənməsi ehtimal edilir. Ağ Evin aktiv xarici siyasətində Ukrayna, Yaxın Şərq, Çin daha mühüm yer tutacaq.

- Son zamanlar Rusiya və İranın daxilində bəzi qüvvələr və yaxud şəxslərin Azərbaycanla bağlı əsassız iddialar səsləndirməsi nə ilə bağlıdır? Bu qüvvələrin indiki halda fəallaşmasına səbəb nədir?

- Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman və Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin açıqlamaları təəcüblüdür. Vasserman Rusiyada savadlı kəsimin təmsilçisi olsa da, müdrik adam deyil. O iddia edir ki, keçmiş SSRİ bərpa olunacaq. Amma bunun nəyin əsasında bərpa olunacağı müəmmalıdır. Əgər burada xalqların ümumi marağı olsa idi, sual oluna bilər ki, o zaman SSRİ niyə dağılırdı? Çünki keçmiş SSRİ də xalqların köklü maraqları ziddiyyət təşkil edirdi. Bu ziddiyyət hələ də həll olunmayıb. Rusiya-Ukrayna müharibəsi, Azərbaycanla Ermənistan arasında yaşananlar, Gürcüstanın Rusiyadan incikliyi, Mərkəzi Asiya dövlətlərinin Rusiya ilə olan problemləri və.s buna misal olacaq faktlardır. Ona görə də keçmiş SSRİ-nin bərpa olunacağına inanmaq sadəlövlükdür. Cəmiyyətlər arasında olan fikir ayrılığı da bunu inkar edir.

- İranda hansısa din xadiminin Azərbaycanı hədəf almasında hansı məqsəd güdülür?

- Azərbaycana qarşı o fikirləri dilə gətirən Ərdəbilin imam cüməsi Seyid Həsən Amelidir. Vaxtilə onunla görüşmüşəm. İranda olarkən “mənə dedi ki, sənin yazılarını oxuyuram, xoşuma gəlir”. Sözsüz ki, indi onun dedikləri heç də özünə məxsus fikirlər deyil. Ona tapşırıblar, o da danışır. Siyasi bir oyundur. Ameliyə də tapşırıblar ki, Azərbaycanla bağlı danışsın. İndiki halda Azərbaycanla İran arasında münasibətlər gərgindir. Hələlik münasibətləri sahmana salmaq üçün ortaq məxrəc tapılmayıb.

- Görünən odur ki, İranın yeni prezidenti Məsud Pezeşkian Azərbaycanla münasibətləri normal məcraya yönəltməkdə acizlik edir…

- İranın siyasi quruluşu tam fərqlidir. İranda Pezeşkiandan asılı məsələ çox azdır. Peşezkişan insanların hisslərinin ifadəsi olaraq prezident seçilib. Orada əsas hakimiyyət İranın ali dini lideri Ayətullah Əli Xameneyidir. Xameneyi özü hər şeyi həll edir. Pezeşkianlıq bir iş yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 07 Yanvar 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri