Icma.az
close
up
RU
Vatikan Papa Fransisklə vidalaşır: Otaqları möhürləndi, nəşi vida üçün nümayiş etdirilir

Vatikan Papa Fransisklə vidalaşır: Otaqları möhürləndi, nəşi vida üçün nümayiş etdirilir

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müqəddəs Taxt-tac dünən səhər 88 yaşında vəfat edən Papa Fransiskin otaqlarının möhürlənməsi proseduruna başlayıb. Çoxəsrlik ənənəyə görə, papa sarayındakı apostol mənzilləri və pontifikin son xidmət illərində yaşamağı üstün tutduğu "Müqəddəs Marfa" hotelindəki iqamətgahı möhürlənib.

Oxu.Az bu barədə Müqəddəs Taxt-tacın saytına istinadla xəbər verib.

Bildirilir ki, bu tədbir mərhumun xələfinə təhvil veriləcək sənədlərinin və şəxsi əşyalarının qorunması üçün zəruridir.

Vatikan sadə açıq tabutda uyuyan Papa Fransiskin ilk fotolarını dərc edib. Meyitin yanında İsveçrə qvardiyaçıları fəxri qarovul çəkir, prosesdə, həmçinin ali ruhani nümayəndələr də iştirak edirlər. Kardinal Kevin Farrell pontifikin səhər saat 7:35-də vəfat etdiyini bildirərək qeyd edib ki, onun bütün həyatı Rəbbə və Onun Kilsəsinə xidmətə həsr olunub.

Növbəti üç gün ərzində Papa Fransisklə vida mərasimi olacaq, buraya dünyanın hər yerindən çoxsaylı möminlərin və zəvvarların gəlməsi gözlənilir.

Pontifikin iki il əvvəl etdiyi vəsiyyətinə görə, dəfn mərasimi Vatikanın əsas kilsəsində deyil, Roma kilsələrindən biri olan Santa-Maria-Maggiore bazilikasında keçiriləcək. Burada qədim, hörmətlə yad edilən Müqəddəs Məryəm ikonası yerləşir ki, Fransisk hər xarici səfərindən əvvəl və sonra onun qarşısında dua edirdi.

Mərhum pontifiklə şəxsən vidalaşmaq istəyən dünyanın bir çox ölkələrinin liderlərinin Romaya gəlməsi gözlənilir. Bundan əlavə, Papa Fransiskin vətəni olan Argentinadan xüsusi reyslərin təşkil edilməsi planlaşdırılır ki, onun həmvətənləri öz böyük həmyerlilərinə son hörmətlərini bildirsinlər.

Dünyəvi adı Xorxe Mario Berqolyo olan Papa Fransisk tarixdə Yeni Dünyanı və katolik kilsəsinin yezuit ordenini təmsil edən ilk pontifik idi. 2013-cü ildə papa taxtına seçilən Fransisk sadəliyi, insanlara yaxınlığı və kilsədəki islahatçı təşəbbüsləri ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Aprel 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri