Vatikan tarixdə ilk dəfə Oskar a film göndərir
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Vatikan tarixdə ilk dəfə "Oskar" mükafatına film təqdim edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Variety” nəşri Vatikanın Kommunikasiya Katibliyinin rəhbəri Paolo Ruffiniyə istinadən məlumat yayıb.
Rejissorlar Liyya Beltrami və Əli Aksunun ekranlaşdırdığı 39 dəqiqəlik "Yaşıl lava" sənədli filmi Vatikanın iştirakı ilə ərsəyə gəlib.
Ekran işi Amerika Kinofilm Sənəti və Elmləri Akademiyasının müsabiqəsində bu şəhər-dövləti rəsmi olaraq təmsil etməyəcək. Çünki "Ən yaxşı beynəlxalq bədii film" nominasiyasından fərqli olaraq, qısametrajlı filmlər kateqoriyasında hökumətin və ya milli seçim komitəsinin rəsmi təsdiqi tələb olunmur.
Filmdə Düşen əzələ distrofiyasından (irsi əzələ xəstəliyi) əziyyət çəkən gənc italyan Cakomo Mattivinin həyatından bəhs edilir.
"Yaşıl lava" filminin nümayişi sentyabrın 18-dən 24-nə kimi Beverli-Hillzdəki "Lumiere Music Hall" kinoteatrında baş tutacaq. Bundan sonra çəkiliş qrupu "Oskar"a müraciət üçün lazımi sənədləri rəsmiləşdirəcək.
Bizim.Media
Baxış sayı:172
Bu xəbər 16 Sentyabr 2026 22:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















