Vatikanda keçirilən görüşdə Zelenski Trampdan nə xahiş edib?
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna lideri Volodimir Zelenskinin Vatikandakı görüş zamanı ABŞ prezidenti Donald Trampdan münaqişənin həlli üzrə danışıqlar prosesindən çıxmamasını xahiş edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "The Economist" jurnalı mənbələrə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, dövlət başçıları cəmi 15 dəqiqə söhbət ediblər. Zelenski bu vaxtdan istifadə edərək Trampı Kiyevin qeyd-şərtsiz atəşkəsə hazır olduğuna inandırmağa çalışıb. Bununla yanaşı, o, iddia edib ki, Moskva guya belə bir addıma hazır deyil.
Həmçinin, nəşrin məlumatına görə, Ukrayna lideri ABŞ prezidentindən danışıqlarda iştirakdan imtina etməməsini xahiş edib. O, əmin olduğunu bildirib ki, yalnız Tramp döyüş əməliyyatlarının başa çatmasına nail ola bilər.
Baxış sayı:102
Bu xəbər 30 Aprel 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















