Icma.az
close
up
RU
Vaxt daralır, qəpiklər yığılıb manat olur: Məktəb bazarlığı neçəyə başa gələcək?

Vaxt daralır, qəpiklər yığılıb manat olur: Məktəb bazarlığı neçəyə başa gələcək?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bir həftə sonra məktəb zəngi yenidən çalınacaq.

Bu müddətdə valideynlərin ən böyük qayğısı övladlarını məktəbə tam hazır görməkdir.

Çanta, dəftər-qələm, məktəb formaları, digər ləvazimat alış-veriş siyahısında ilk yerləri tutur.

Hazırda məktəbli mağazalarına üz tutan valideynlərin maraq dairəsində qiymətlərdir. Digər tərəfdən, şagirdlərin geyim tələbatını qarşılayan əsas ünvanlardan biri də Bakı Tikiş Evidir.

Oxu.Az-ın əməkdaşları məktəblərin açılması ərəfəsində mağazalarda qiymətlərə nəzər salıb, həm də tikiş müəssisəsində məktəbli geyimlərinin satışı ilə bağlı məlumat alıblar.

Məktəbli xərclərini hesablamaq üçün məktəbli ləvazimatı satılan mağazalara yollanırıq. Vaxtın dar olmasına rəğmən, mağazalarda nisbətən durğunluq müşahidə olunur.

Satıcıların sözlərinə görə, valideynlərin əksəriyyəti bazarlığı son günə saxlayır. Yəni alış-verişdə canlanmanı məktəblərin açılmasına üç gün qalmış gözləyirlər.

Biz isə qiymətlərə nəzər salıb, artım olub-olmadığını araşdırırıq.

Dəftərlərin qiyməti 30 qəpik - 6 manat arasında dəyişir. Satıcılar deyirlər ki, bu, vərəq sayından və növündən asılıdır. Belə ki, 48 vərəqli dəftər 80 qəpik, 24 vərəqli dəftər 50 qəpikdir. Bazarda ən ucuz dəftər 30 vərəqlidir, onun qiyməti 30 qəpikdir.

Spirallı böyük ölçü A4 həcmində dəftərlər 2 manat 5 qəpik, 240 vərəqli riyaziyyat dəftəri isə 6 manatdır.

Digər ləvazimatlara gəldikdə:

- Albomlar 2-5 manat;

- Yapışqanlar 30 qəpik - 1 manat 70 qəpik;

- Ağardıcılar 40 qəpik - 95 qəpik;

- Qələmlər 15 qəpik - 2 manat;

- Rəngli karandaşlar 1 manat 70 qəpik - 7 manat;

- Plastilin 5 - 7 manat;

- Flomasterlər 90 qəpik - 11 manat;

- Su qabları 7.99 - 15 manat;

Məktəbli çantalarının qiymətləri istehsal edilən ölkələrə görə dəyişilir. Hazırda daha çox Türkiyə və Çin istehsalı mallar satışdadır. Qiymətləri 15-110 manat aralığında dəyişir. Çindən gələn ən yaxşı keyfiyyətdə olan çanta 60 manat, Türkiyədən gələn çantalar isə 30-65 manat aralığındadır. 110 manatlıq çantaların digərlərindən fərqi təkərlərinin olmasıdır. Satıcılar bu çantaların daha keyfiyyətli olduğunu söyləyirlər.

Ümumi baxışdan belə qənaətə gəlirik ki, qiymətlərdə artım olmadığı söylənilsə də, hər məhsulda azı 10-15 qəpik bahalaşma var. Böyükhəcmli ləvazimatların qiymətlərində hətta iki dəfəyə qədər bahalaşma var. Məsələn, təxminən 10 gün əvvəl üç-dörd manata olan su qabları indi 8-9 manata təklif edilir.

Ləvazimatların əksinə, məktəbli formalarının qiymətlərində endirim müşahidə edilir.

Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov Oxu.Az-a açıqlamasında deyir ki, ötən illə müqayisədə bu il qiymətlərdə 30 faizə qədər endirim edilib:

"Ötən il oğlanlar və qızlar üçün 12 manata satılan qısaqol polo köynəklər bu il 8 manata, uzunqol polo köynəklər isə 10 manata təklif olunur. 2024-cü ildə 20 manata satılan şalvarlar və ətəklər 15 manata, 30 manata olan jaketlər isə 20 manata satılır. Polo köynəklər, şalvarlar, ətəklər hər ölçüdə (26-54) var. Hər kəs burada özünə uyğun məhsul tapa bilər".

Şöbə müdiri qeyd edir ki, endirim keyfiyyətə təsir etməyib:

"Geyimlərin çox hissəsi ötən il tikdiyimizdir. Keçən il ajiotaj oldu, bazara iki-üç manatlıq keyfiyyətsiz mallar daxil oldu. İşbazlar sosial şəbəkələrdə ucuz və keyfiyyətsiz malları reklam etdilər. Camaat aldanıb mənşəyi bilinməyən həmin məhsulları aldı. Bir dəfə yuyulandan sonra pis vəziyyətə düşdüyünü gördükdən sonra bizim yanımıza gəldilər. Ona görə mallarımızın bir hissəsi keçən ildən qalıb. Bir də qış vaxtı tikib yığmışıq. Nazirlər Kabinetinin qərarına əsasən, bütün polo köynəklər 100 faiz pambıq, şalvar və ətəklər 60 faiz yun, 40 faiz poliester olmalıdır. Avtobus dayanacağından, meyvə-tərəvəz dükanından alınan geyimin hansı 100 faiz pambıq olacaq? Təbii ki, heç biri.

Bizim yeddi satış mərkəzimiz var. Bizdən alınan bütün formalara bir il zəmanət veririk. Köynəklər üçün pambıq parçanı Özbəkistandan, şalvar və ətəklərin parçalarını isə Belarus və Türkiyədən gətiririk".

O bildirib ki, qiymət enəndə alıcılıq artır:

"Hazırda uzun növbələr yoxdur. Lakin valideynlər həmişə bazarlığı son günə saxladıqları üçün məktəblərin açılmasına son bir neçə gün qalmış burada uzun növbələr yarana bilər. Bizdə mallarımız kifayət qədərdir, anbarda da depolamışıq. Ölçü bitdiyi zaman biz biçim sexinə sifariş veririk və hazırlanır. Bu il qiymətlərin enməsindən valideynlər məmnundurlar. Bizdə 10 manata satılan qollu köynəklər şəhərin mərkəzində 25-27 manatadır. Bəziləri yaranan ajiotajdan istifadə edərək maksimum gəlir əldə etməyə çalışırlar. Bu isə düzgün yanaşma deyil. 8-10 manatlıq malı necə 25-27 manata vermək olar?"

Mağazadakı valideynlərdən də fikir almağa çalışırıq. Valideyn Kamran Qafarov deyir ki, məktəbli formalarının qiyməti digər yerlərlə müqayisədə münasibdir:

"Üç övladım var. Bacardığım qədər hər şeylərini almışam. Yetəri qədər xərcimiz çıxıb. Qiymətləri hesablamamışıq".

Bazar "gəzinti"mizin sonunda ümumi hesablama apardıqda məlum olur ki, bir şagirdin məktəbə tam hazır olması üçün minimum 69 manat, maksimum 189 manat məbləğində pul lazımdır. Ancaq belə görünür ki, ilk dərs günü yaxınlaşdıqca bu məbləğlərin artmaq ehtimalı çoxalır.

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Sentyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri