Icma.az
close
up
RU
“VAXTINDA DAYANMAĞI BACARMAQ LAZIMDIR...” Kreml ruslar üçün olmayan “qələbə obrazı” yaradır

“VAXTINDA DAYANMAĞI BACARMAQ LAZIMDIR...” Kreml ruslar üçün olmayan “qələbə obrazı” yaradır

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Prezident Administrasiyasının təqdimatı yayımlandı

Kreml Ukraynadakı müharibənin ciddi uğurlu nəticələr olmadan başa çatacağı təqdirdə ruslar üçün "qələbə obrazı" hazırlamağa başlayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiyanın “Dosye” mərkəzi Prezident Administrasiyasındakı (PA) mənbələrə istinadla məlyumat yayıb. Məqsəd Ukrayna ilə müharibənin mümkün sonluğunu ruslara qələbə kimi təqdim etməkdir və bunun üzərində artıq iş aparılır. Bu, böyük itkilərə və əhəmiyyətli nəticələrin olmamasına baxmayaraq, sülh müqaviləsinin imzalanmasını izah etmək üçün nəzərdə tutulmuş bir sıra təbliğat tezislərini əhatə edəcək.

Məlumatda deyilir ki, Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun tabeliyində olan qrup tərəfindən "Vaxtında dayanmağı bacarmaq lazımdır" başlıqlı təqdimat göstərilib. Orada deyilir ki, "SVO"-nun davam etdirilməsi ümumi səfərbərlik və müharibə vəziyyətinə tam keçid tələb edəcək ki, bu da resursların tükənməsi, daha yüksək vergilər, biznesin azalması, yeni dron hücumları və demoqrafik böhranın pisləşməsi kimi təhdidlər yaradacaq.

“Dosye”-nin Prezident Administrasiyasına yaxın mənbəyə istinadla yazdığına görə, Kreml cəbhədəki və iqtisadiyyatdakı vəziyyətdən ciddi şəkildə narahatdır və siyasi blokun kuratorlarına "müharibənin mümkün sonlanması üçün informasiya dəstəyi” hazırlamağı tapşırıb. Bu məqsədlə hakimiyyət "SVO"-nun ilkin məqsədlərinin təfsirini dəyişdirmək istəyir. Əsas vurğunun Donbasa yönəldilməsi təklif olunur. Bu bölgənin, eləcə də Zaporojye və Xerson vilayətlərinin böyük hissəsinin işğalı cəmiyyət üçün əsas arqumentə çevrilməli və bu, Kiyevi ələ keçirmək, ölkədə hakimiyyəti dəyişdirmək kimi əvvəlki iddiaları əvəz etməlidir. Hərbi əməliyyatların özü və Ukrayna əsgərlərinin öldürülməsi faktı "denasifikasiya" kimi təqdim edilməli, Kiyevi ələ keçirmək ideyasının isə guya heç vaxt Kremlin real planlarına daxil omadığı elan edilməlidir.

Təqdimatın müəllifləri müharibənin açıq-aydın qələbə olmadan başa çatmasının ölkə daxilində, xüsusən də radikal vətəndaşlar arasında qıcıq yarada biləcəyini etiraf edirlər. Kreml Kiyevi ələ keçirməyi tələb edən “Z-bloqerləri” və "divan vətənpərvərlərini" xüsusilə problemli auditoriya hesab edir. Bu qrupu neytrallaşdırmaq üçün onların tədricən müharibənin dayandırılması ideyasına cəlb edilməsi, əməkdaşlıq etməyənlərin isə ictimai mühitdən qovulması, "vətənpərvərlər" sıralarından uzaqlaşdırılması və cinayət işlərilə qorxudulması planlaşdırılır.

Ayrı bir bölmə "SVO veteranlarına" həsr olunub. Prezident Administrasiyası onların diqqətini işğal olunmuş ərazilərin bərpasından "Afrika Korpusunda" xidmətə qədər digər layihələrdə iştiraka yönəltməyi təklif edir.

Plana əsasən, media keçmiş hərbçilərin "uğurlu uyğunlaşması" haqqında hekayələr dərc etməlidir: "SVO qəhrəmanları" necə biznes açır, ev alır, universitetlərə daxil olur və "cəmiyyətin hörmətli üzvləri" olurlar”.

Kreml əhalinin müharibədən, pisləşən iqtisadiyyatdan və məhdudiyyətlərdən bezən hissəsi üçün tədricən "normallaşma" hissi yaratmaq istəyir. Xüsusilə, ölkənin "qələbə"dən sonrakı gələcəyi ilə bağlı dəyirmi masaların keçirilməsini və Rusiya biznesinin uğurlarını daha fəal şəkildə işıqlandırmağı təklif edir. Eyni təbliğat tezisləri mədəniyyət sahəsində də tətbiq edilməlidir.

“Dosye”-nin də qeyd etdiyi kimi, bu cür materialların hazırlanması göstərir ki, Kreml artan iqtisadi problemlər, ictimai yorğunluq və münaqişənin davam etdirilməsinin mümkünsüzlüyü fonunda müharibəyə son qoymaq imkanını getdikcə daha çox nəzərdən keçirir.

C.Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 May 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see355

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see295

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see291

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see278

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see268

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see258

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see250

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see240

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see235

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see214

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see213

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see213

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see210

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see207

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see207

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see205

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see193

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see189

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri