Icma.az
close
up
RU
Və insan doğuldu...

Və insan doğuldu...

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Lalə Mehralı

İnkişaf, tərəqqi, yeniliklər qorxudub məni həmişə. İnsan övladının etdiyi hər yeni ixtira sona daha çox yaxınlaşdığımızı hiss etdirir mənə. İnternet, süni intellekt, robot qadınlar, süni insan fabriki hazırlıqları ilə insan övladı hədələyir dünyanı.

Dünyaya, kainata, Tanrıya aid sirlər açılır bir-bir, insan Yaradana meydan oxuyur. Bəlkə öz yaratdığına verdiyi qüdrət üçün çoxdan peşman olub o da. Bəlkə də doğulduğu üçün insan da peşman olacaq nə vaxtsa.Hər şey olub bitdikdən sonra, son yaxınlaşdığı zaman...

Daha hər şey edə bilir insan. Uça bilir, göyün yeddinci qatında, suyun altında yaşaya bilir, Ayı, ulduzları fəth edə bilir, atomu parçalayır, torpaqdan, küləkdən enerji düzəldir, minlərlə kilometr uzaqlığa görüntü, səs göndərə bilir, dünyanın hər yerini canlı izləyə bilir, hərəkət edən, ağlı-şüuru, dərrakəsi olan robotlar düzəldə bilir. Bir az da irəli gedərək insan düzəltmək üçün araşdırmalara başlayıb insan.

Açdığı hər sirrə görə yaradana daha çox yaxınlaşır, bildiyi hər şeyə görə dünyanın sonuna doğru gedir. Allahlıq etmək istəyir insan, bu potensialı görür özündə. Əslində, bildiyimizi bilmədiyimiz çox cövhər var içimizdə, bildiyimizin fərqinə vardığımız günü düşündükcə ətim ürpəşir. Bir gün öləcəyini bilə-bilə heç vaxt ölməyəcəkmiş kimi yaşayır insan.

Bir həqiqəti bilib etinasızcasına kənara itələmək cəsarətdir, ya ağılsızlıq? Normalda ölüm qorxusu ilə yaşamaq istəyi bir-birinə yoldaşdır. Biri, digəri olmadan zehnində yer eləmir insanın. Ən çətin anımızda, ölməyi arzuladığımız vəziyyətlərdə belə yaşamaq istəyi həmişə üstün gəlir. Yaşamaq istəyimizin ən dolu, ən güclü olduğu zamanımızda belə ölüm qorxusu hiss etmişik mütləq, boyun-boğazımızda soyuq nəfəsi dolaşıb nə vaxtsa.

Fikrimcə, bəzilərimizin içindəki qaranlığın ölüm qorxusunun böyüklüyü, bəzilərimizin içindəki işığın yaşamaq istəyinin çoxluğu ilə bir əlaqəsi var. Məncə, əksinə olmalıdır. Axı yaşamağın bir sonu, ölümün isə sonsuzluğu var. İnsan sonu olan şeylərdən qorxmaq yerinə, sonu olmayan şeyləri sevsə daha xürrəm olmazmı? Məncə, bunu dərk etsə ölməyə də tələsər insan.

Zehni, dərrakəsi süni insan yarada biləcək qədər inkişaf edən insan övladının öləcəyini bildiyi halda ölümə inanmaması da bir ayrı müəmma deyilmi? Bəlkə də ölməyəcəyinə olan inam həyatda saxlayır insanı. Əgər bir gün yaşamağa dair ümidlərini itirsə sona doğru daha çox yaxınlaşar. Ümid ən sonda da ölmür. Ümid həmişə yaşayır. Ümid əbədiyaşardır məncə. Ümid də nəfəs alır, gəzir, düşünür. Ölümcül xəstələrinin xoş sözlərlə ömrünü uzadan həkimlər ümiddir məsələn. İnam insan üçün yeməkdir, sudur, havadır. İnam sonsuzluğa inandırır insanı, ümid sonsuzluğun olma ehtimalına.

İçindəki qaranlığa qalib gələnlər ölümə də qalib gəlir əslində. İçinizdəki qaranlıqdan qorxmayın. Orda günah, ayıb bildiklərinizlə yanaşı insanın qüdrəti, gücü də gizlənib. Tutun əlindən, azadlığa çıxarın.Dünya o vaxt yaşanılası halda olmaz ki içimizdəki qaranlıqlar böyüsün, gücümüz, ümidimiz o qaranlıqda gizlənsin. Yaradanın içinizdəki surətini çıxarın, “həqq məndədir” deyimini xatırlayın.

İnam, ümid, sevgi, mərhəmət – içinizdə nə varsa onunla birlikdə çıxacaq. Dünyamız yalnız belə-belə gözəlləşəcək. Qaranlıqlarda boğmayın insanlığı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Avqust 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri