Icma.az
close
up
RU
Vəba təhlükəsi artır: Bol sulu ishal, davamlı qusma və ciddi susuzlaşma...

Vəba təhlükəsi artır: Bol sulu ishal, davamlı qusma və ciddi susuzlaşma...

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 31 ölkədə davam edən vəba (xolera) epidemiyasının getdikcə ağırlaşdığını və ölüm göstəricilərinin artdığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təşkilatın son hesabatına görə, indiyədək 4 min 738 nəfər xəstəlik səbəbilə həyatını itirib.

ÜST xəbərdarlıq edir ki, "epidemiyaların miqyası və qarşılıqlı bağlılığı nəzərə alındıqda, xəstəliyin daha da yayılma riski çox yüksəkdir.

Hesabatda artan yoluxma hallarının əsas səbəbləri kimi münaqişələr, yoxsulluq və infrastruktur çatışmazlıqları göstərilib. Xüsusilə kənd yerlərində və sel fəlakətindən təsirlənən bölgələrdə riskin daha yüksək olduğu vurğulanıb.

Bəs, bu xəstəlik nədir? Əlamətləri hansılardır?

“Sağlam olaq” rubrikamızda bu dəfə xolera xəstəliyindən danışacağıq.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Sübham Hacıyev bildirib ki, xolera xəstəliyi Vibrio cholerae bakteriyasının törədicisidir.

S.Hacıyevin sözlərinə görə, bu bakterial infeksiya çox ciddi şəkildə bağırsaqları zədələyir, su-elektrolit mübadiləsini pozur və orqanizmdə həyati təhlükə yaradır.

Terapevt qeyd edib ki, xəstəlik tibbdə qram-mənfi olan bir çox antibiotiklərin təsir etmədiyi və bağırsağın selikli qişasına yapışaraq xolera toksinlərinin əmələ gəlməsi ilə məşhur olan ağır infeksiyadır.

Həkim nəzərə çatdırıb ki, xəstəliyə yoluxma adətən çirklənmiş içməli su, düzgün emal olunmamış qidalar və bəzi hallarda dəniz məhsullarının çox istifadəsi nəticəsində baş verir.

“Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlıqlarına görə, əvvəllər xəstəlik daha çox Afrika qitələrində müşahidə olunurdu, lakin son illərdə başqa ölkələrdə də yayılıb. Sanitariya-gigiyenik qaydalara əməl edilməyən yerlərdə xəstəlik daha çox yayılır”.

Sübhan Hacıyev, terapevt

S.Hacıyev qeyd edib ki, xəstəliyin inkubasiya dövrü təxminən 1–5 gün olur. Müsahibimiz əlavə edib ki, əlamətləri arasında bol sulu ishal, davamlı qusma və ciddi susuzlaşma var. O, bunun su-elektrolit balansının pozulmasına, böyrəklərin zədələnməsinə və bəzi hallarda ölümə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Terapevtin dediyinə görə, belə ciddi simptomlar müşahidə olunduqda, ilkin diaqnoz klinik olaraq qoyulur və xəstəlik epidemik xarakter daşıdığından yoluxma riski yüksəkdir və xəstələr mütləq xəstəxana şəraitində müalicə almalıdır:

“Xəstəlikdən qorunmaq üçün içməli suya diqqət edilməli, təmiz və qaynadılmış su istifadə olunmalıdır. Həmçinin kanalizasiya və sanitar-gigiyena şəraitinə, qidaları düzgün şəkildə yuyulmasına, təmizlənməsinə və bişirilməsinə əməl edilməlidir. Yeməklərin hazırlanmasında da gigiyena qaydalarına ciddi fikir vermək lazımdır”.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Sentyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri