“Vədə əməl etməsələr, məsələ hüquqi müstəvidə həll olunacaq” “Şəki”nin ətrafında nə baş verir?
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
2-ci liqa təmsilçisi “Şəki” Qaradağ Lökbatan”la oyuna çıxmaqdan imtina etdi. Səbəb isə bəllidi – “halvaçılar” maliyyə böhranı yaşayır.
İki həftə əvvəl Futbol İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyevlə əlaqə saxlayanda o bildirmişdi ki, üçtərəfli görüşdən sonra hər şey qaydasına düşüb, sponsor şirkət, yəni “Flyblast” öhdəsinə düşən maliyyəni ayıracaq.
Bəs nə baş verdi ki, komanda meydana çıxmaqdan imtina etdi, heç stadiona yollanmadı. Yenə Tural bəyə müraciət etdik:
“Bəli, komanda oyuna çıxmadı. Sponsor verdiyi sözü, öhdəliyi yerinə yetirmədi. Əvvəlcə danışanda dedilər ki, həll edəcəyik. İndi yenə danışırıq. Bu gün, sabah həll olunmalıdı. Belə deyirlər. Biz də gözləyirik. Bu isə şərtlərin pozulmasıdı. Vədə əməl etməsələr, məsələ hüquqi müstəvidə həll olunacaq. Əsas kluban taleyidi. Komanda oyuna çıxmasa, lisenziyası və 2-ci liqada iştirak hüququ əlindən alınır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 17 Dekabr 2025 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















