Vədinə sadiq qalıb saçlarını çəhrayıya boyadı Foto
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniya millisinin ulduz futbolçusu Qavi verdiyi vədi yerinə yetirib. Gənc yarımmüdafiəçi İspaniya dünya kubokunu qazandığı təqdirdə saçlarını çəhrayı rəngə boyayacağını açıqlamışdı və çempionluqdan sonra bu addımı atıb.
“Qafqazinfo” xəbər verir ki, Qavi yeni görünüşünü sosial şəbəkə hesabında paylaşaraq “Sözünün üstündə duran adam” ifadəsini yazıb.
Futbolçunun paylaşımı qısa zamanda böyük maraq doğurub və azarkeşlər tərəfindən çoxsaylı reaksiyalar alıb.
İspaniya millisinin futbolçusu turnirdən əvvəl verdiyi vədlə diqqət çəkmişdi. O, komanda çempion olacağı halda saç rəngini dəyişəcəyinə söz vermişdi.
Qeyd edək ki, İspaniya millisinin müdafiəçisi Mark Kukurelya çempion olacaqları təqdirdə baş məşqçi Luis de la Fuentenin üzünü bədəninə döymə etdirəcəyini açıqlamış və bu yaxınlarda vədini yerinə yetirmişdi.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 06 Avqust 2026 08:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















