Icma.az
close
up
RU
“Vədlərin icrasının nə dərəcədə real olduğunu izləyib görmək lazımdır” ŞƏRH

“Vədlərin icrasının nə dərəcədə real olduğunu izləyib görmək lazımdır” ŞƏRH

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nyu-York meri seçkilərində Demokratlar Partiyasının namizədi, sosialist-müsəlman Zokhran Mamdani qalib gəlib.

“Deutsche Welle”nin məlumatına görə, 4 noyabrda keçirilən seçkilərin ilkin, qeyri-rəsmi nəticələrinə əsasən, Mamdani səslərin 50,35 faizini toplayıb.

Gununsesi.info-ya danışan siyasi şərhçi Şahin Cəfərli mövzuya belə münasibət bildirib:

“Nyu Yorkdakı mer seçkilərində Uqandada doğulmuş hind əsilli şiə müsəlman, Fələstin aktivisti, 34 yaşlı Zöhran Mamdani qalib gəldi. Suriyalı xanımla evli olan gənc marksist demokrat 112 milyard dollarlıq şəhər büdcəsini idarə edəcək.

ABŞ-ın ən böyük şəhərində bir sosialistin 50% kimi yüksək rəqəmlə zəfər qazanması cəmiyyətdə sosial dövlətə nə qədər böyük tələbat olduğunu ortaya qoyur. Mamdani seçki platformasını “zəngindən alıb yoxsula vermək” fəlsəfəsi əsasında quraraq pulsuz şəhərdaxili nəqliyyat, pulsuz məktəbəqədər təhsil, sosial evlərin tikintisi, ev kirayəsi qiymətlərinin artmasına məhdudiyyət qoyulması, yoxsullar üçün ucuz supermarket açılması, polis zorakılığını azaldaraq bəzi hallarda onların müdaxiləsinə ehtiyac qalmadan ictimai asayişi təmin etmək üçün meriya daxilində xüsusi idarənin yaradılması və sair vədlərlə həm əhalinin gündəlik həyatda qarşılaşdığı çətinlikləri, həm də bu problemlərin həlli yollarını yaxşı bildiyini və digər sakinlər kimi sadə bir nyu yorklu olduğunu ortaya qoydu. Bu addımlar şəhər zənginlərinin ödədiyi vergilərin yüksəldilməsi hesabına maliyyələşdirilməlidir. (Bunun üçün ştat rəhbərliyinin də razılığı lazım olacaq).

Əlbəttə ki, vəd vermək asan, onları yerinə yetirmək isə çətin işdir. Bu vədlərin icrasının nə dərəcədə real olduğunu izləyib görmək lazımdır. Mamdani mer vəzifəsində də uğur hekayəsi yarada bilərsə, bunun federal syasətə ciddi təsirləri olacaq. Əslində onun qələbəsini federal əhəmiyyətli hadisə kimi qiymətləndirmək mümkündür. Çünki bu qələbə ABŞ demokratları daxilindəki proqressiv (sol) qanadın nə qədər gücləndiyini göstərir. Bu baxımdan Zöhran Mamdani təkcə respublikaçıları, Trampı, Maskı, milyarderləri, İsrail lobbisini deyil, demokratların isteblişmentini də məğlub etdi. Ənənəvi demokrat elitalar bir tərəfdən sol axının qarşısını alaraq partiya içərisində öz mövqelərini qorumaq istəyirlər. Digər tərəfdən isə onlar respublikaçıların növbəti yerli və federal seçkilərdə öz seçicilərinin maksimum mobilizasiyasına nail olub, mötədil müstəqilləri də qorxutmaq üçün “kommunist islamçı mer” təbliğat tezisi əldə edərək demokratları şeytanlaşdırmasından ehtiyatlanırlar. Bu səbəbdən demokratların başbilənləri Mamdaniyə soyuq yanaşdılar və ona aktiv dəstək vermədilər. Demokratların Konqresdəki liderləri − Nümayəndələr Palatasındakı lider Hakim Ceffris Mamdaniyə yalnız son anda dəstək açıqladığı halda, Senatdakı lider Çak Şumer ümumiyyətlə, susdu.

Nyu Yorkda 2 milyona yaxın yəhudi (onların arasında çox zəngin iş adamları var) və 1 milyona yaxın müsəlman yaşayır. Respublikaçılar kampaniya boyunca Mamdanini cihadçı, HAMAS–çı, antisemit kimi damğalamağa çalışdılar, lakin Mamdani həm solçu yəhudilərdən, həm də qatı dindar, ultraortodoks yəhudi icmasından səs ala bildi. Eyni zamanda o, adətən seçki proseslərinə laqeyd yanaşan müsəlmanları da səfərbər edərək səsverməyə apardı. 

Nyu Yorkdakı mer seçkiləri ilə paralel Virciniya və Nyu Cersi ştatlarında qubernator seçkiləri keçirilib. Hər ikisində demokratların qadın namizədləri qalib gəlib. Virciniyada baş prokuror seçkisində də demokrat namizəd qələbə qazanıb. Virciniyada vitse–qubernator vəzifəsinə seçkidə Hindistanın Heydərabad şəhərində doğulmuş Qəzalə Firdövs Haşmi respublikaçı kişi rəqibini məğlub edib. Beləliklə, Q.Haşmi ABŞ-da ştat səviyyəsindəki seçkilərdə qalib gələn ilk müsəlman qadın olub. Mamdani və Haşminin qələbəsi demokratların sıralarında siyasətə qoşulan ABŞ müsəlmanlarının yerli səviyyədə icra və qanunverici hakimiyyət orqanlarında təmsilçiliyinin tədricən artdığını göstərir. Bu tendensiyanın gələcəkdə federal səviyyəyə proyeksiyası qaçılmazdır.

Tramp demokratların qələbələrini seçki bülletenində Tramp adının olmaması (?) və şatdaun (Konqresin büdcəni razılaşdırmaması ucbatından hökumətin qapanması) ilə əlaqələndirib”.

Afət

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Noyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see341

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see330

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see218

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see199

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see191

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see190

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see174

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see173

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see165

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see153

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see136

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri