Icma.az
close
up
RU
Vəfa Musayeva: Bir də gördüm ki, alnımı Everestə qoymuşam

Vəfa Musayeva: Bir də gördüm ki, alnımı Everestə qoymuşam

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Mən səkkiz ildir, Everesti fəth etməyi düşünürdüm. Lakin son iki ildə bu dağı fəth etmək üçün çox ciddi hazırlaşırdım. Çətinliklərin çox olmasına baxmayaraq, mən bunu bacardım".

Oxu.Az xəbər verir ki, bunu Everestin zirvəsini fəth etmiş alpinist Vəfa Musayeva vətənə dönərkən jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Everesti fəth etmək onun 35 gününü alıb:

"Everest dünyanın ən hündür dağıdır, indiyə qədər qalxdıqlarımın heç birinə bənzəmirdi. Get, get - bitmirdi, bu səfər mənim 35 günümü aldı. Ona görə də çox çətin idi.

Everestə getməzdən öncə çox araşdırma etmişdim. Hansı texniki və fiziki çətinliklərin olduğunu gözə almışdım. Məni nələrin gözlədiyinin fərqində idim. Sözün açığı, çox qorxurdum, amma özümə inanırdım, çünki çox hazırlaşmışdım".

O, zirvəyə çatan ərəfədə yaşadıqlarından və təəssüratından bəhs edib:

"Zirvəyə çatmağa az qalmış özümü pis hiss edirdim, fikirləşdim ki, həyəcandandır. Lakin sonra mənim oksigen balonum yoxlanıldıqda oksigenin çox az qaldığını gördük. On dəqiqə oksigen balonumun dəyişilməsini gözlədim. Ondan sonra zirvəni fəth etdim. Bu, bir az qorxulu an idi, lakin öhdəsindən gəldim.

Everest özü başdan-ayağa qeyri-adi hadisədir. Elə insanlar var ki, kamp 3-ə, 4-ə çatıb çadırda yatanda görürdün ki, birinin ciyərinə su yığılıb, birinin beyninə qan sızır, biri oksigen çatışmazlığından əziyyət çəkir, birini təxliyə edirlər, biri ölür. Belə hadisələrin içərisində özünü mental olaraq yaxşı saxlayıb, davam etmək çox çətin idi.

Yəqin ki, görmüsünüz, zirvəyə çatan yerdə dünyasını dəyişən alpinistlər olur. Hətta onların meyitlərinin üzərindən keçib zirvəyə getməlisən. Bunun üçün də güclü iradəyə sahib olmalısan ki, hər şeyə rəğmən yoluna davam edə biləsən".

Alpinist qeyd edib ki, dağı fəth etmək üçün o səni çağırmalıdır:

"Zirvəyə çatanda özümdən asılı olmadan bir də gördüm ki, alnımı Everestə qoymuşam. Ona məni qəbul etdiyi üçün təşəkkür etdim. Dağlar, həqiqətən də, müqəddəs yerlərdir. O səni çağırmalı və qəbul etməlidir. Mən buna inanıram. Daha sonra bayrağı çıxardım və emosional duyğular yaşadım. Külək və şaxta idi, orada çox qalmaq olmazdı. Ancaq bayraq ilə bir şəkil, qısa bir video çəkdirə bildim, daha sonra geri qayıtdım.

Zirvədən enib çadıra keçəndə artıq ikinci 8 minliyin qərarın verdim. Fikirləşdim ki, mən təkcə Everestdən getməyəcəyəm, Azərbaycan tarixində, eyni zamanda dünyada çox nadir olan dubl -ikinci 8 minliyi fəth edəcəyəm.

İsrafil Aşurlunun qeyd etdiyi kimi, ölüm zonasında qalmaq mənə məsləhət deyildi. Hətta qrup rəhbərim də mənə xəbərdarlıq etdi ki, ölüm zonasında sən ikinci gün də qala bilməzsən, ancaq mən şansımı sınadım, havanın yaxşı olmasını gözlədim. Hava yaxşı deyildi, yoxsa mən Everestdən dərhal sonra Lhotsu fəth etmək istəyirdim. Növbəti gün gözəl hava var idi, Lhotsda heç kim yox idi və ikinci 8 minliyi "vurub", geri döndüm. Lhots da asan zirvə deyil. Çünki jumar deyilən bir alət ilə dayanmadan özünü yuxarı çəkməlisən. Bunun üçün də sənin gücün, qüvvətin olmalıdır. Digər çətinlik isə oksigensiz bir şəraitdə özünlə mübarizə aparmaqdır.

Lhotsa çıxanda düşünürdüm ki, mən geri necə qayıdacağam?

Burada dünyasını dəyişənlərdən biri mental yorğunluqdan vəfat etmişdi. O, 4-cü kampa gəlib çatanda vəfat etmişdi".

V.Musayeva qeyd edib ki, gələcəyə dair proqramları bir müddət saxlayacaq:

"Əslində, gələcəyə dair müəyyən proqramlar var. Ancaq mən bunları hələ ki saxlamaq istəyirəm. Everest mənim üçün elə bil səyahət idi ki, ondan sonra tezliklə nəyisə demək mənim üçün ağırdır. Ona görə də mən prosesi həzm etməli, dağ ilə söhbətləşməliyəm - o mənə nə verdi, məndən nə aldı, mən ona nə verdim, Everest və Lhostdan sonra Azərbaycana nə ilə gəlmişəm? Mən, həmçinin təhsil işçisiyəm, bu fəthlə mən insanlara nə verəcəyəm? Bunlar hamısı çox ciddi proses idi. Mənim üçün dağa getmək fiziki proses deyil, bu bir transformasiya prosesidir, ona görə də mən onunla baş-başa qalmaq istəyirəm".

Alpinist vurğulayıb ki, bu zirvəni fəth etmək yolunda ailəsi və yaxınları ona dəstək olublar, stimul veriblər:

"Anam bir az bundan əvvəl internetdə Everesti axtarış edib, açıb baxıb deyir ki, belə yer olduğunu bilsəydim, səni oraya buraxmazdım, ora ölüm zonasıdır. Ailəmi elə yerə gətirib çıxarmışdım ki, onlar mənə: "Nə istəyirsən, et", - dedilər. Lakin yenə də mənə çox dəstək oldular. Dağda olanda da ailəmin mənimlə əlaqə saxlamasını istəmədim ki, bütünlüklə dağla baş-başa qala bilim".

Daha çox foto burada: PhotoStock.az

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 May 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri