Vəfat edən gənc GDU nun tələbəsi deyil, məzunudur AÇIQLAMA
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sosial şəbəkələrdə və müxtəlif informasiya vasitələrində Gəncə Dövlət Universitetinin (GDU) tələbəsi kimi təqdim edilən 1999-cu il təvəllüdlü Fərman Əlizadə haqqında ali təhsil ocağından açıqlama verilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Günay Məmmədovanın Modern.az-a bildirdiyinə görə, xəbərlərdə GDU-nun tələbəsi kimi qeyd olunan Fərman Əlizadə 2020-ci ildə İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu olub. Buna görə də onun tələbə kimi təqdim edilməsi düzgün deyil:
"Vəfat edən Fərman Əlizadənin universitetlə heç bir bağlılığı yoxdur".
"Keçmiş məzun tələbəmizin ölüm xəbəri barədə dərc olunan yazıda sanki hələ də mərhumun Gəncə Dövlət Universitetində təhsil alması xəbəri anlaşılmazdır. Yazı dərc olunarkən media nümayəndələrindən diqqətli olmağı xahiş edirik. Gəncə Dövlət Universitetinin kollektivi keçmiş məzun Fərman Əlizadənin vaxtsız vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verir", -deyə açıqlamada bildirilib.
Məlumat üçün bildirək ki, F.Əlizadə Birinci Qarabağ Müharibəsi qazisi Etibar Əliyevin oğludur.
Baxış sayı:203
Bu xəbər 23 Mart 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















