Vəfat edən müştərinin 97 minlik ipoteka krediti ödənilib
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
“PAŞA Həyat Sığorta” ASC növbəti böyük həcmli sığorta ödənişini həyata keçirib.
Ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən ipoteka krediti götürmüş şəxs bədbəxt hadisə nəticəsində vəfat etmişdir.
“PAŞA Həyat Sığorta”nın yaydığı məlumatda bildirilir ki, ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 97 min 506 manat qalıq borc məbləği “PAŞA Həyat Sığorta” ASC tərəfindən aidiyyəti üzrə ödənilib.
Qeyd edək ki, istehlak və ipoteka növü üzrə kredit götürən şəxslərin həyatları sığortalandığı halda, şəxs vəfat etdikdə və ya əmək qabiliyyətini itirdikdə (əllillik) banka olan kredit borcu sığorta şirkəti tərəfindən ödənilir.
Bu sığorta növü kredit götürənin ailə və yaxınlarını banka olan kredit borcuna görə məsuliyyət daşımaqdan azad edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 20 Oktyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















