Vəfat edən Serhat Kılıç Azərbaycan dilində rep deyibmiş... (Video)
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
51 yaşında vəfat edən məşhur aktyor Serhat Kılıçın illər əvvəl qonaq olduğu verilişdə Azərbaycan dilində rep dediyi kadrlar yenidən gündəmə gəlib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, sosial şəbəkələrdə paylaşılan bu görüntülər aktyorun pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb.
İllər əvvəl efirdə səsləndirdiyi həmin səmimi və unudulmaz rep performansı onun qəfil ölümündən sonra yenidən paylaşılaraq izləyicilərin diqqətini çəkib.
Xatırladaq ki, türkiyəli tanınmış aktyor İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən hərəkətsiz halda tapılıb və həkimlərin müayinəsi zamanı onun dünyasını dəyişdiyi müəyyən edilib.
Evdə aparılan baxış zamanı narkotik vasitə aşkarlanıb, hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı "şübhəli ölüm" işi açılaraq istintaq davam etdirilir. Aktyorun ölümündən qabaq son anlarına dair təhlükəsizlik kamerası görüntüləri də yayılıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 07 Sentyabr 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















