Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Şəkinin Baş Zəyzid kəndində son 15-20 gündür kənd sakinlərini narahat edən ardıcıl hadisələr yaşanır.
KONKRET.az xəbər verir ki, naməlum bir yırtıcı gecə saatlarında həyətyanı sahələrə daxil olaraq ev quşlarına hücum edir və onları tələf edir.
İndiyədək kəndin müxtəlif məhəllələrində azı 20 ailəyə məxsus ümumilikdə 200-ə yaxın ev quşunun məhv edildiyi bildirilir.
Sakinlər bu hücumların meşəlik ərazidə yaşayan yırtıcı heyvanlar və ya sahibsiz itlər tərəfindən törədildiyini ehtimal edirlər.
Onlar kənddə vəziyyətin ciddi narahatlıq yaratdığını deyir və həm özlərinin, həm də təsərrüfatlarının təhlükəsizliyi üçün tədbir görülməsini istəyirlər.
Kənd əhalisi quduzluq ehtimalını da istisna etmir. Bu səbəbdən ərazidə sanitar-profilaktik tədbirlərin görülməsini, yırtıcı heyvanların kəndə yaxınlaşmasının qarşısının alınmasını və müvafiq qurumların məsələyə müdaxilə etməsini tələb edirlər.
(Şəki Media)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 21 Yanvar 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















