Icma.az
close
up
RU
Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur

Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Şirvan Vəkil Bürosunun vəkili Ruslan Mirzəyev müdafiəçi kimi çıxdığı işlərdən birində vətəndaşı təhqir etməkdə ittiham olunur.

Bizimyol.info xəbər verir ki, bununla əlaqədar vəkil məhkəməyə verilib. Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cəzalandırılması üçün ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırılıb. Səbəb isə Ruslan Mirzəyevin müdafiəçi qismində iştirak etdiyi boşanma ilə bağlı bir iş olub. Həmin işdə o, qadının vəkili olub.

Ruslan Mirzəyevdən şikayətçi olub, onu məhkəməyə verən isə qarşı tərəfdir. Onun sözlərinə görə, vəkil onu təhqir edib, ünvanına nalayiq ifadələr səsləndirib:

“Qayınanam 2024-cü ilin avqust ayında arvadımı və kiçik qızımı özünün kirayədə qaldığı Şirvan şəhərinə aparıb, geri qayıtmasına imkan vermədi. Digər iki uşağım mənim yanımda qaldı, təhsillərini də davam etdirirdilər. Həyat yoldaşımın müvəqqəti təminat tədbiri kimi verdiyi ərizə əsasında Kürdəmir Rayon Məhkəməsi qərardad çıxarmışdı. Həmin qərardadla uşaqlarla ünsiyyət hüququ müəyyən edilmişdi. Uşaqları 11 may 2025-ci ildə Şirvan şəhərində anası ilə görüşə aparmışdım. Vəkil Ruslan Mirzəyevin təşkilatçılığı ilə Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları uşaqları məndən alıb anasına verdi. Buna görə vəkil Ruslana telefonla zəng edib, “sənin yalanlarını belə əsassız müdafiə etsələr, sən nə edərsən?” dedim. Vəkil də cavab olaraq məni təhqir elədi. Dedi ki, “adam kimi danış, itin balası, səni salaram təpiyimin altına, alçaq, şərəfsizin biri şərəfsiz, sənin arvadın pozğunluq edir, mən neyləyim?”

Ruslan Mirzəyev Kürdəmir Rayon Məhkəməsində özü ilə bağlı məhkəmə prosesində iştirak etməyib. Hakim onunla bağlı şikayətə özünün iştirakı olmadan baxıb. Qərara əsasən, vətəndaşın vəkilə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia icraata götürülməyib.

Məhkəmə şikayəti icraata götürüb araşdırmaqdan imtina etməsini belə əsaslandırıb ki, şəxs təhqirə görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 10 Sentyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri