Vəkil Cavidan Osmanlıdan edilən şikayətlər əsasında cinayət işi başlanılıb
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vəkil Cavidan Osmanlıdan edilən şikayətlər əsasında cinayət işi başlanılıb.
APA-nın əldə etdiyi məlumata görə, vəkil barəsində Pirallahı Rayon Polis İdarəsinə müraciət edilib.
İlkin iddialara görə, o, 10-a yaxın şəxsə işə bərpa etməklə bağlı sənəd hazırlayıb məhkəməyə müraciət edəcəyini bildirərək vəd verib. Lakin vədinə əməl etməyib. O, zərərçəkənlərdən xeyli miqdarda pul alıb, dələduzluq etməkdə şübhəli bilinir.
Zərərçəkənlərin şikayətləri əsasında başlanan cinayət işi üzrə Pirallahı Rayon Polis İdarəsində araşdırma aparılır.
Vəkil Cavidan Osmanlı isə APA-ya açıqlamasında bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib. O, məsələdən xəbərsiz olduğunu da əlavə edib.
Baxış sayı:36
Bu xəbər 17 Sentyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















